Mərhum gənc yazar Mövlud Mövlud haqda məhkəmə qərarı çıxarılıb.
Gundemxeber.Az Axar.az-a istinadla xəbər verir ki, bu barədə tanınmış jurnalist İlkin Muradov qeyd edib. O bildirib ki, Mövlud Mövludun vəfatından 2 ilə yaxın vaxt keçsə də, məhkəmə işi hətta icraya göndərib.
Vəfat etmiş bir şəxslə bağlı məhkəmə qərarının çıxarılması sosial şəbəkədə birmənalı qarşılanmayıb. Mövludun yaxınları bildiriblər ki, onun vəfatı ilə bağlı “Bank of Baku”ya məlumat verilib, lakin bank kreditin ödənilməsini tələb etməkdə israrlıdır.
Mövzunu davam etdirəcəyik.
Qeyd edək ki, gənc yazar Mövlud Mövlud 2017-ci il martın 16-da vəfat edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?