Tural Əhmədov Bərdədəki Şəhidlər Xiyabanında dəfn olunacaq Ötən gün cəbhə xəttində şəhid olan Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu, kiçik çavuş 24 yaşlı Tural Əhmədov Bərdə rayonundakı Şəhidlər Xiyabanında dəfn olunur. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, dəfn mərasimində Müdafiə Nazirliyinin əməkdaşları, şəhidin yaxınları, o cümlədən rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edir.
Şəhidlər vida mərasimi Ağdamın Dördyol qəsəbəsindəki təhsil aldığı orta məktəbdə keçirilib. Daha sonra şəhidin cənazəsi döyüş yoldaşlarının çiynində Tərtərin Dördyol adlanan ərazisinə qədər piyada, bundan sonra Müdafiə Nazirliyinə məxsus avtomobillə Bərdədəki Şəhidlər Xiyabanına gətirilib.
Qeyd edək ki, ötən gün saat 14.35 radələrində erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozması nəticəsində Azərbaycan ordusunun əsgəri şəhid olub. ANS PRESS-in Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, hadisə nəticəsində Silahlı Qüvvələrimizin 1990-cı il təvəllüdlü, Ağdam rayonundan hərbi xidmətə çağırılmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əhmədov Tural Məhərrəm oğlu döyüş mövqeyində düşmən atəşinin qarşısını alarkən həlak olub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?