FTX-nin (FSB) İnquşetiyadakı ən gizli şəxslərindən biri mücahidlər tərəfindən qətlə yetirilib.
gundemxeber.az xəbər verir ki, bu barədə informasiyanı Qafqaz mücahidlərinə yaxın saytlar yayıb. Qətlə yetirilən şəxsin adının Rüstəm Ajiqov olduğu deyilib. Mücahidlər həmçinin bu şəxsi uzun müddət izlədiklərini bildiriblər. Məlumatda öldürülən şəxsin “ölüm eskadronu”nun üzvü olduğu söylənilib. Onun İnquşetiyanın paytaxtı Nazran şəhərində adi biznesmen siması ilə məskunlaşdığı vurğulanıb.
Qeyd edək ki, iki gün öncə İnquşetiyanın Nazran şəhərində mücahidlər Rusiyanın Daxili Qoşunlarına hücum etmişdilər. Nəticədə bir əsgər ölmüş, ikisi yaralanmışdı.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?