Millət vəkili Hadı Rəcəbli Lənkəran uşaq xəstəxanasının köhnə binasında bank və restoran açıb.
Hadı Rəcəbli Lənkəran uşaq xəstəxanasının köhnə binasında "Zaminbank"ın yerli filialını açıb. Deputat ona məxsus olduğu deyilən bankı uşaq xəstəxanasının köhnə binasını təmir etdikdən sonra bura köçürüb.
Binanın üst mərtəbəsi isə restoran kimi fəaliyyət göstərəcək. Bu restoranda şənliklər, doğum günləri, nişan mərasimlərinin keçirilməsi nəzərdə tutulub. Məlumata görə, deputat sözügedən binanı özəlləşdirib(axar.az).
Millət vəkili ardıcıl zənglərimizə cavab vermədiyindən, münasibətini öyrənə bilmədik.
***
Millət vəkili Hadı Rəcəbli Lənkəran rayon Uşaq Xəstəxanasının köhnə binasında bank və restoran açması ilə bağlı yayılan xəbərə münasibət bildirib.
AzNews.az-a açıqlama verən Hadı Rəcəbli Lənkəran rayon Uşaq Xəstəxanasının köhnə binasında "Zaminbank”ın yerli filialının və restoranın açılmasından xəbərdar olduğunu deyib:"Ora 10 il əvvəl uşaq xəstəxanası kimi fəaliyyət göstərib. Bu bina tarixi əhəmiyyət daşıyır. Bildiyimə görə, bina əsaslı təmir olunduqdan sonra bank və restoran kimi istifadəyə verilib. Binanın təmiri zamanı tarixiliyi də nəzərə alınıb”.Deputat sözügedən binanın onun tərəfindən özəlləşdirildiyi haqda yayılan xəbərin yalan olduğunu bildirib:"Məlumat köklü olaraq yalandır. Vallah mənim bankım yoxdur. Olsa boynuma alaram. Əksər insanların biznesi var. Bunun nəyi pisdir ki? Məlumatı yazan şəxsin imkanı varsa digər bankları da mənim adıma çıxartsın. Bu cür xəbər bir neçə ay öncə də yazılmışdı. Kim nə istəyir yazsın. Amma mənim nəyim varsa göz qabağındadır”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?