GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Əbülfəs Qarayev “siyasi tamaşa”nın baş rolunda

Əbülfəs Qarayev “siyasi tamaşa”nın baş rolunda

Tarix: 6-12-2012, 12:39 Bölmə :Ölkə Baxış: 911
Əbülfəs Qarayev “siyasi tamaşa”nın baş rolunda

Aktyor İlqar Cahangirovun işdən uzaqlaşdırılmasının pərdəarxası

gundemxeber.az Ölkə mətbuatı, bir neçə gündür ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının əməkdar artisti İlqar Cahangirovun işdən azad olunmasını gündəmdə saxlayır. Bu isə heç də təsadüfi deyil və nə qədər qəribə səslənsə də, aktyorun siyasi baxışlarına görə təzyiqlərə tuş gəldiyi iddia olunur. Xatırladaq ki, aktyor İlqar Cahangirov işdən azad olunmazdan bir neçə gün öncə mətbuata müsahibə verərək, dövlətin mədəniyyətə və teatra ögey münasibət bəslədiyini bildimişdi.
Oxucularımız üçün maraqlı olacağını nəzərə alaraq, aktyorun qalmaqallı müsahibəsində işlətdiyi müəyyən fikirləri diqqətinizə çatdırırıq: “Asılıyıq. Dövlət bizi asılı edib. Teatrda hansı otağı açırsan, İlham Əliyevin, Heydər Əliyevin şəkillərini görürsən. Bura teatrdır da. Elə otaq var ki, orada İlham Əliyevlə Heydər Əliyevin 5-6 şəklini asıblar. Mən onlarla nədən danışım? Bu gün Azərbaycanda idman sahəsində yaxşı meydançalar, zallar, komplekslər tikilib. İdmançılar da ortaya nəticələr qoyurlar. Amma bu gün teatrda elə bir şey yoxdur. Yəni fərqli-fərqli düşüncəyə malik rejissorlar olsun, onların öz teatrları, öz məktəbi, ocağı olsun ki, məşq etsinlər...
Görünür bu, dövlətin də marağında deyil. İndi də teatrları birləşdirib, zavod-fabrik edəcəklər. Gürcüstan balaca bir ölkədir, amma bununla belə 36 teatrı var(!). Bu gün Bakıda 50 teatr olmalıydı, hər rejissorun öz teatrı. 18 ildir ki, “tövlədə” məşq edirik, şəraiti olmayan bir yerdə, əziyyət çəkmişik, teatr yaratmışdıq... İmkan vermədilər. Gürcüstanda bizə güldülər ki, 18 ildir teatrınız var, bu cür repertuarınız var, amma binanız yoxdur. Amma Gürcüstanda cəmi 3 ildir teatr yaranıb, elə binası var, ağzım açıq qaldı. Bax, budur xəcalət, budur yanaşma, budur biabırçılıq”.
Qeyd edək ki, aktyorun məhz bu müsahibəsindən sonra ona qarşı işlədiyi teatrda təzyiqlər başlayıb. Bununla bağlı “Gündəm-xəbər”i məlumatlandıran mənbənin sözlərinə görə, həmin müsahibədən sonra Azərbaycan Dövlət Gənclər Teatrının rəhbərliyi Mədəniyyət və Turizm Nazirliyinə çağrılıb və rəhbərliyin qarşısında qəti tapşırıq qoyulub ki, İlqar Cahangirov, hansı yolla olur-olsun, teatrdan uzaqlaşdırılmalıdır. Mənbəmiz iddia edir ki, Əbülfəs Qarayev eyni zamanda bildirib ki, məsələnin səs-küylə həllinə tərəfdar deyil və mövzu sakitliklə qapadılmalıdır. Teatr rəhbərliyi isə məhz bundan sonra aktyorla danışıb və onu işdən çıxması haqda ərizə yazmağa razı sala biliblər. Mənbəmizin sözlərinə görə, İlqar Cahangirova deyilib ki, hətta öz xoşu ilə ərizə yazmasa belə, teatrdan uzaqlaşdırılacaq. Beləliklə, çıxış yolunun qalmadığını görən aktyorun ərizə yazmaqdan başqa əlacı olmayıb.
Bununla bağlı Gənc Tamaşaçılar Teatrının rəhbərliyinin rəsmi mövqeyi də kifayət qədər şübhəli olub. Belə ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist İlqar Cahangirovun işdən qovulması haqqında məlumat yayılıb. Teatrın rəhbərliyi rəsmi şəkildə bildirir ki, bütün bu xəbərlər şayiədir: “İlqar Cahangirov öz xahişilə işdən azad olmaq üçün ərizə ilə kadrlar şöbəsinə müraciət edib və onun ərizəsinə müvafiq qaydada baxılmaqdadır. O, teatrın repertuarında olan bir neçə tamaşada əsas rolların ifaçısıdır və hələ ki, onun işdən azad edilməsi barədə rəsmi əmr yoxdur. Hər bir vətəndaşın işə qəbul olunmaq və işdən azad olunmaq hüququ vardır. Bu da İlqar Cahangirovun hüququdur. İlqar Cahangirov siyasi əqidəsinə görə deyil, özünün də qeyd etdiyi kimi, daha yüksək məvacibli işdə çalışması ilə əlaqədar bu addımı atıb”.
Dünən isə xalq artisti, rejissor Cənnət Səlimova baş verənlərlə bağlı nazir Əbülfəs Qarayevlə görüşmək istədiyini, amma bunun çətin prosedur olduğunu deməklə, bəzi qaranlıq məqamların da üzərinə işıq salmış oldu: “Açığını deyim, mən “profsoyuz” işlərini yaxşı bilmirəm. İlqar Cahangirov çox istedadlı aktyordur. O, “Otello”, “Xudayar bəy”, “Ezop” kimi rolların möhürünü vurub. İlqar deyil, bir başqası olsaydı, bəlkə də məni acıtmazdı. Məni çox narahat edən bir məqam var. İlqar nəyə görə ərizə yazıb? İnanmıram ki, İlqar oturduğu yerdə gedib ərizə yazsın? Məncə, mətbuat bunu araşdırmalıdır. O, ərizəni yazıb, amma qalan bir şey var – ümumi dil tapmaq lazımdır. Bu həssas məsələdə xüsusilə diplomatiya lazımdır”.
Onun sözlərinə görə, Azərbaycanın teatr sənətində yaranmış bu vəziyyətə Mədəniyyət və Turizm Nazirliyi biganə qala bilməz: “Mən böyük məmnuniyyətlə cənab nazirin yanına gedərdim. Amma Əbülfəs Qarayevin qəbuluna düşmək çox çətindir. Hətta mən deyərdim ki, qəbul proseduru iki aydan da çox vaxt aparır. Zənglər, xahişlər etməlisən. Özü də hər gün etməlisən ki, onun qəbuluna düşə biləsən. İlqarın teatrdan gedişi isə böyük faciədir. Bu anlaşılmazlıqdır. Mübariz Həmidov da İlqarı çox sevir. Mənim fikrimi Mübariz müəllim yaxşı bilir. Özü də bu, birinci hadisə deyil. Mən inanıram ki, Mübariz Həmidov İlqarı geri qaytaracaq. Bu, mütləq olacaq”.
Daha sonra isə xalq artisti mətbuat vasitəsilə Əbülfəs Qarayevə də müraciət edib: “Teatrda istedad tək-tək yetişir. İlqar Cahangir də o təklərdən biridir. Cənab Qarayev, İlqarın teatrdan uzaqlaşdırılmasına imkan verməyin. Çünki o, teatr sənətində çox şey deyə bilmək gücündə olan aktyordur”.
Orxan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xalq artisti iflic oldu

    Xalq artisti iflic oldu ...

    2-07-2013, 17:28

  • 
  • İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb

    İlham Əliyevin prezidentliyə namizədliyi qeydə ...

    25-08-2013, 14:32

  • 
  • İlqar Rzayev azad edildi

    İlqar Rzayev azad edildi ...

    26-07-2013, 15:21

  • 
  • Abbas Abbasov Heydər Əliyevlə cavanlıq şəklini paylaşdı

    Abbas Abbasov Heydər Əliyevlə cavanlıq şəklini ...

    12-12-2013, 12:55

  • 
  • “Amaliya xanım özündən incisin”

    “Amaliya xanım özündən incisin” ...

    24-10-2013, 13:53


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu