GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » "20 ilin ən ağır günü: 11 şəhidə görə cavab verilməlidir"

"20 ilin ən ağır günü: 11 şəhidə görə cavab verilməlidir"

Tarix: 1-08-2014, 19:08 Bölmə :Ölkə Baxış: 0
"20 ilin ən ağır günü: 11 şəhidə görə cavab verilməlidir"


“Müdafiə Nazirliyinin verdiyi xəbərə tam inanmıram”.

gundemxeber.az xəbər verir ki, bu açıqlama ilə hərbi ekspert Üzeyir Cəfərov öz Feysbuk səhifəsində çıxış edib.

O, bu hadisənin atəşkəs haqqında müqavilə imzalandıqdan sonra baş verən ən böyük itki olduğunu deyib:

“Dəyərli dostlar, hörmətli həmkarlarımız!

Avqustun 1-i səhər aldığımız acı xəbər hər kəsin qanını qaraltdı, əsəblərini tarıma çəkdi. Azərbaycan Ordusunun təsdiq olunmayan məlumatlara görə 11 hərbçisi düşmənlə atışmada şəhid olub. Çox böyük itkidir. İstəməzdim yazdıqlarımı qərəz kimi qəbul etsinlər, amma bu atəşkəs dövründən - 12 may 1994-cü ildən bu yana ən çox itki verdiyimiz bir gündür. Şəxsən mən xatırlamıram ki, biz bir gün ərzində bu qədər itki verək.

Açığı desəm, Müdafiə Nazirliyinin verdiyi xəbərə mən tam inanmıram. Ola bilsin, hadisənin şokunu yaşayan rəhbərlik tez-tələsik bu xəbərin verilməsini istəyib. Amma hərb elminə bələd olan, həmçinin döyüş keçmiş insanlar bilir ki, hücum edən tərəfin itkiləri daha çox olur: “Düşmən ərazimizə soxulmağa CƏHD edib və bizim əsgərlərin SAYIQLIĞI nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb". Daha sonra isə MN qeyd edir ki, "şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib". Əgər bu əclaf, amansız və xain erməni hücuma keçirdisə, onun verdiyi itkilər ən azından neytral ərazidə qalmalı idi. Və bizim komandanlıq düşmənin hücumunu sübut faktı kimi o erməni əsgərlərinin meyitlərini nümayiş etdirməliydi. Səngərdə oturub düşmənin hücümunun qarşısını alan əsgərlərimizin itkisi bu qədər olmamalıydı axı”.

Hərbi ekspert baş verən hadisənin Müdafiə Nazirliyinin rəsmi açıqlamada qeyd etdiyi tərzdə baş verdiyinə inanmadığını bildirib:

“Bir də döyüş postlarında duran əsgərlər arasında məsafə o qədər də yaxın deyil ki, deyəsən, düşmən qumbaraatandan, yaxud başqa silahdan istifadə edib və biz bu qədər şəhid vermişik. Mənə elə gəlir ki, faciə tamam başqa formada baş verib, ancaq bizim komandanlıq özünü bu faciədə sığortalamaq üçün bu məlumatı yayıb. Biz dəfələrlə bildirmişik ki, düşməndən hansısa mərhəmət gözləmək lazım deyil. Ön xətdə dayanan əsgər və zabitlərimiz son dərəcə diqqətli olmalıdırlar. Ən xırda diqqətsizlik və ehtiyatsızlıq belə ağır nəticələrə gətirə bilər. Digər ciddi səbəb də var. Bu bilavasitə MN-i ilə bağlı məsələdir. Qısaca deyirəm, başa düşənlər məni anlayacaq. Əsgərlərin birbaşa MN-nin Təşkilat Səfərbərlik İdarəsi tərəfindən yerlərdə bölgüsü məsələsidir. Postlarda bəzi əsgərlərimizin 2-3 saat əvəzinə 5-6 saat durmalarının səbəbi onların həm özlərinin, həm də qeydiyyatdan keçən digər adı olub, özləri arxa cəbhədə xidmət edən əsgər və çavuşlara görə növbədə durmaqlarıdır. Bu da bəzən xoşagəlməz hallara gətirib çıxarır”.

Üzeyir Cəfərov bu hadisə ilə əlaqədar prezidentin Müdafiə Nazirliyinin rəhbər şəxslərini mütləq dinləyəcəyini söyləyib:

“Düşünürəm ki, ölkə başçısı və Silahlı Qüvvələrin Ali Baş Komandanlığı bu faciə ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbər şəxslərini dinləyəcək və lazım olan qərarını verəcək. Bu faciənin baş verməsində tam məsuliyyəti erməni-rus tərəfinin üzərində olsa da, bizim bir gün də olsun müharibədə olmaya-olmaya, general rütbəsi alan "kabinet sərkərdələri" də yaxalarını kənara çəkməməlidirlər. Kəşfiyyat İdarəsinə tam təsadüfi adamı təyin edən və ona general rütbəsi verdirən nazirin ortaya qoyduğu ağır nəticə də belə olur.

Allah dünyasını dəyişən hərbçilərimizə qəni-qəni rəhmət eləsin. Onlar Vətən uğrunda canlarından keçdilər. Şəhidlik zirvəsinə qalxdılar. Doğmalarına və yaxınlarına isə Allahdan səbr və dözüm arzulayıram!”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Ermənistan ordusu itki verdi

    Ermənistan ordusu itki verdi ...

    28-08-2015, 20:08

  • 
  • Müdafiə Nazirliyi: Bölmələrimiz heç bir itki verməyib

    Müdafiə Nazirliyi: Bölmələrimiz heç bir itki ...

    25-01-2018, 12:33

  • 
  • Cəbhədə gərginlik: düşmən xeyli sayda itki verdi

    Cəbhədə gərginlik: düşmən xeyli sayda itki verdi ...

    10-10-2015, 13:34

  • 
  • Ermənilərin cəbhədəki itkiləri: 2000 əsgər…

    Ermənilərin cəbhədəki itkiləri: 2000 əsgər… ...

    9-03-2017, 20:49

  • 
  • Müdafiə Nazirliyindən ordumuzun 8 nəfər itki verməsi barədə fikirlərə - RƏSMİ Münasibət

    Müdafiə Nazirliyindən ordumuzun 8 nəfər itki ...

    28-06-2017, 17:47


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu