“Deputat etikası ilə bağlı qanun layihəsinin hazırlanması uzun çəkəcək”
“Deputat etikası ilə bağlı qanun layihəsinin hazırlanmasına dair fikirlər var”. Bunu açıqlamasında Milli Məclisin İntizam komissiyasının sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, layihənin hazırlanması prosesi uzun çəkə bilər.
“Deputat etikası barədə qanun layihəsinin hazırlanması ilə əlaqədar, müxtəlif ölkələrin təcrübəsi öyrənilir. Hələ ki nəsə demək çətindir. Çünki qanunla bağlı təcrübə genişdir. Müxtəlif ölkələrin təcrübəsi öyrənilib qurtardıqdan sonra daxili nizamnaməyə müxtəlif müddəalar əlavə edəcəyik”.
Azərbaycanda ali qanunverici hakimiyyətin nümayəndələri hesab olunan deputatların etik davranışını tənzimləyən sənəd yoxdur. Buna görə də hələ Milli Məclisinin ötənilki payız sessiyasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deputatların etik davranışlarını tənzimləyən qanun layihəsinin hazırlanıb müzakirəyə çıxarılmasını təklif etmişdi.
Milli Məclis üzvlərinin isə bu qanun layihəsinə yanaşması birmənalı olmayıb. Qeyd edək ki, ali qanunverici orqan olmasına baxmayaraq, Milli Məclisdə dəfələrlə etik şərçivədənkənar söhbətlər, qalmaqallar, dava-dalaşlar olub. Məsələn, eks-deputatlar Əhəd Abiyevin parlamentdə söyüş söyməsini, Hüseyn Abdullayevin əlbəyaxa dava etməsini heç kim yaddan çıxarmayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?