GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Qarabağdakı qəfil “mini-müharibə”nin şok sirri – təhlil

Qarabağdakı qəfil “mini-müharibə”nin şok sirri – təhlil

Tarix: 6-08-2014, 01:20 Bölmə :Ölkə Baxış: 0
Qarabağdakı qəfil “mini-müharibə”nin şok sirri – təhlil


Cəbhə xəttində “rus izi”; Azərbaycanın Moskvanın təsir zonasında qalması üçün çoxtərəfli və riskli geosiyasi oyuna start verildiyi iddia olunur; müharibə imitasiyası fonunda 1-2 rayonumuzun azad edilməsi daha çox kimin marağındadır; uzun fasilədən sonra prezidentləri məhz Rusiyada bir araya gətirmək istəyi təsadüfdürmü?..
“Cəbhə xəttində vəziyyəti öz satelliti Ermənistanın əli ilə qəfil gərginləşdirməklə Moskva sanki Vaşinqtona, Brüsselə və eyni zamanda Bakıya xatırladır ki, o, hələ ki, regionda sanballı təsir vasitələrinə malikdir və münaqişəli situasiyanı özünün sərt nəzarətində saxlayır”


1994-cü ilin may atəşkəsindən sonra bütün cəbhə xətti boyu vəziyyətin bunca geniş miqyaslı və amansız xarakterli kəskinləşməsi olmamışdı. Bu da öz növbəsində yeni Qarabağ müharibəsini başlanmasının mümkünlüyü haqda danışmağa əsaslar yaradır.

Son bir neçə gündə gedən döyüşlərlə bağlı hər iki tərəfdən çoxlu sayda həlak olanlar və yaralananlar, vurulan hərbi texnika, habelə qoşunların yerdəyişməsi və aviasiya uçuşları ilə ilgili ziddiyyətli rəqəmlər səslənir. Erməni tərəfi israrla öz itkilərinin və yaralılarının sayını gizlədir. Ancaq Azərbaycan Müdafiə Nazirliyinin məlumatlarına, bəzi başqa informasiyalara əsasən demək olar ki, düşmən bu müddətdə daha böyük itkilərə məruz qalıb.

Cəbhədəki situasiyanın ciddiliyini həm də müdafiə naziri Zakir Həsənovun Türkiyədə öz məzuniyyətini yarımçıq qoyaraq tələsik Azərbaycana qayıtması və birbaşa döyüş əməliyyatları bölgəsinə getməsi, orada təcili hərbi şura çağırması sübut edir. Məhz bundan sonra Azərbaycan ordusu havaya qırıcı təyyarələri qaldırıb, əməliyyat zonasına əlavə hərbi texnika, artilleriya yeridilib və erməni mövqeləri güclü minomyot və raket atəşinə məruz qoyulub.

Qarabağdakı qəfil “mini-müharibə”nin şok sirri – təhlil


Yaranmış durumun Azərbaycan və Ermənistan tərəfindən fərqli informativ təqdimatından asılı olmayaraq, hadisələrin bu cür inkişafı döyüş əməliyyatları xronikasını xatırladır. Artıq dörd gündür təmas xəttində güclü döyüşlər gedir, qanlar tökülür, vəziyyət yüksələn xətlə gərginləşir, “hərbi əzələlər” şişirdilir. Son illər yalnız iki dəfə təxminən belə vəziyyət qeydə alınıb. Lakin onların heç biri miqyas və yeni müharibənin başlama riskləri etibarilə indiki ölçüdə olmayıb.

Onlardan biri 2012-ci ilin iyununda ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton Güney Qafqaza səfər edəndə və Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ərəfəsində yaşanıb. İkinci dəfə də bu ilin yanvarında - yenə Parisdə prezidentlərin görüşünü hazırlamaq üçün bir araya gələcək xarici işlər nazirlərinin görüşü ərəfəsində eyni gərgin situasiya yaranıb.

Bu mənada vəziyyətin əvvəlkilər kimi növbəti dəfə təsadüfdən və spontan dəyişməsinə, demək olar, heç kim inanmır. Bütün ekspertlər o qənaətdədir ki, real müharibə əməliyyatları üçün katalizator ola biləcək indiki eskalasiya müəyyən qüvvələr tərəfindən məqsədli şəkildə körüklənib. Sual yalnız belədir ki, kim və hansı məqsədlə buna can atır?

Əgər bütün mümkün versiyalara baş vurmalı olsaq, o zaman etiraf edilməlidir ki, vəziyyəti gərginləşdirmək üçün müəyyən siyasi və situativ-konyuktur motivlər həm münaqişə tərəflərinə (Azərbaycan və Ermənistan), həm də regionun əsas oyunçularına (Rusiya və ABŞ) xas ola bilər. Bununla belə, dünyadakı, postsovet məkanındakı və Cənub Qafqaz regionundakı durumun ümumi inkişafının hərtərəfli analizi əsasən bir versiyaya - “rus izi”nə (“Moskvanın əli”nə) aparır.

Qarabağdakı qəfil “mini-müharibə”nin şok sirri – təhlil


Hazırkı gərginləşmənin əsas baiskarının Azərbaycan və ya Ermənistan olmasından asılı olaraq “rus izi” versiyası ikili “konyuktur” ifadə şəklində təzahür edə bilər. Əgər gərginləşmə bizim Müdafiə Nazirliyinin iddia elədiyi kimi, Ermənistandan gəlirsə, o zaman qəti şübhə yoxdur ki, İrəvanın çiyinləri arxasından açıq şəkildə Moskva boylanır. Məsələ ondadır ki, Ermənistanın özündən ötrü status-kvonu dəyişmək məntiqi görünmür və təhlükəlidir. Ancaq nəzərə alanda ki, o, öz müstəqilliyini tamamilə itirib, aydın olar ki, düşmən tərəfdən istənilən təcavüzkar hərəkət xaricdən körüklənir.

Bu versiya kontekstində qeyd eləmək lazım gəlir ki, Rusiya Ukraynadakı situasiyanın onun üçün xoşagəlməz şəkildə inkişafından, Qərbin Putinin neo-imperiya planlarını cilovlamaq üçün göstərdiyi sanksiya səylərindən və Azərbaycanın Gömrük və Avrasiya ittifaqlarına üzvlüyü məsələsində sözəbaxmazlığından açıq-aşkar qıcıqlanıb. Cəbhə xəttində vəziyyəti öz satelliti Ermənistanın əli ilə qəfil gərginləşdirməklə Moskva sanki Vaşinqtona, Brüsselə və eyni zamanda Bakıya xatırladır ki, o, hələ ki, regionda sanballı təsir vasitələrinə malikdir və münaqişəli situasiyanı özünün sərt nəzarətində saxlayır. Üstəlik, hətta rusiyalı ekspertlərin də qeyd elədikləri kimi, özünün imperiya kursunun girovu olan və Qərbin sanksiyaları ilə küncə sıxışdırılan Putin hazırda dayanmaq iqtidarında deyil və az qala, bütün postsovet məkanını xaos və müharibə girdabına qərq eləmək imkanındadır.

Qarabağdakı qəfil “mini-müharibə”nin şok sirri – təhlil


Belə bir versiya kifayət qədər əsaslı təəssürat bağışlayır. Həm də o səbəbə ki, Rusiya Cənubi Qafqaz ölkələrinin müstəqil olduğu bu 20 ildə bölgənin bütün problemli hadisələrində “Moskvanın əli”nin görünməsi üçün yetərli tutarqalar və ipucuları verib. Şübhə yox ki, bu iz indiki halda da mövcuddur - ərz elədik ki, Ermənistanın arxasından hələ də Azərbaycana təzyiq edən Moskva boylanır.

Belə bir əsas versiyanı şübhə altına almadan yenə Moskva motivasiyası ilə bağlı olan, lakin əsas versiyaya diametral əks olan başqa bir versiyadan da danışmaq lazım gəlir. Təsəvvür eləsək ki, bu dəfə situasiyanın gərginləşməsi Bakı ilə bağlıdır, onda məntiqi sual yaranır: hansı məqsədlə və hansı hədəfə görə?

Tam mümkündür ki, Putinin emissarları ilə (Narışkin, Roqozin, Lavrov və s.) çoxsaylı və konfidensial iyun görüşlərindən sonra, - bu görüşlərdə Kreml birmənalı şəkildə Bakının Qərbdən məsafə saxlamasına, Gömrük və Avrasiya ittifaqlarına doğru hərəkət etməsinə nail olmağa çalışırdı, - Azərbaycan üçün real pozitivlər (uduşlar) da razılaşdırılıb. Madam ki, Qarabağ, işğal altındakı ərazilər Bakıdan ötrü başlıca problemdir və məhz bu problemə görə hansısa geosiyasi güzəştlərə gedilə bilər, o zaman tamamilə realdır ki, İrəvanı hərbi məcburetmə yolu ilə güzəştlərə sövq eləmək və ya bu hədəfə çatmaqdan ötrü “mini müharibə” aparmaq üçün Moskva Bakıya məhdud və müvəqqəti bir kart-blanş verib.

Hərgah, dərhal digər məntiqli sual yaranır ki, əgər İrəvan Moskvanın əlində sözəbaxan silahdırsa, o zaman müharibə imitasiyası ilə bu cür mürəkkəb kombinasiyadansa niyə də ona müvafiq göstəriş verilməsin? İzah sadədir: həm Moskvaya, həm də İrəvana belə bir anlaşmanı bir-birinin imic və reputasiyasına birbaşa zərbə vurmadan, həmçinin, başqa iki həmsədr ölkənin maraqlarının ifadə olunduğu Minsk Qrupunun əngəllərini məharətlə aşaraq real hərbi proses kimi kamifulyaj eləmək sərfəlidir. Söz düşmüşkən, belə “güc forması” işğal altındakı ərazilər problemini hətta qismən həll eləsə də, xeyli dərəcədə Bakının maraqlarına cavab verir.

Qarabağdakı qəfil “mini-müharibə”nin şok sirri – təhlil


Rəsmi Bakının nəzərincə, indi Ermənistana münasibətdə hansısa razılaşdırılmış və doğruya bənzər “güc variantı”nın reallaşması üçün münbit şərait yaranıb: birincisi, Rusiyanın diqqəti güclü şəkildə Ukrayna işlərinə və Qərblə mübarizəyə yönəlib: ikincisi isə, Ermənistan Gömrük İttifaqına qoşulduqdan sonra Qərb dünyasının gözündən geosiyasi baxımdan düşüb. Üstəgəl, Ermənistan sülh prosesində həddən artıq dayanıqsız mövqe sərgiləyir. Bunu prezidentlərin son Vyana görüşünə və Uorlikin təkliflərinə erməni tərəfinin reaksiyası da təsdiqləyib. Rəsmi İrəvan həmçinin, Türkiyənin heç olmasa, bircə rayonun boşaldılması qarşılığında sərhədlərin açılması, əlaqələrin bərpası ilə bağlı təklifini rədd edib.

Üçüncüsü, son zamanlar Azərbaycanın diplomatik, hərbi-siyasi, maliyyə və geosiyasi imkanları hiss ediləcək dərəcədə artıb. Bu gün istər çoxsaylı energetik və tranzit problemlərin həlli kontekstində, istərsə də Qərb-Rusiya kəskin geosiyasi qarşıdurmasında mühüm fiqurant qismində Azərbaycana hələ ki, güclü şəkildə tələbat var.

Görünür, bu imkanları ciddiyə alan rəsmi Bakı müvafiq güzəştlər tələb eləməyə haqqı çatdığını düşünür. Söhbət “demokratik pressinq”in zəiflədilməsi və Ermənistanı güzəştlərə sövq eləmək üçün ona “hərbi pressinq” etmək kontekstində güzəştlərdən gedir. İstisna deyil ki, hər iki məsələdə Bakı müəyyən xarici dəstəyi alıb. Ancaq uzun müddətəmi? Və bütün sonuclar ciddiyə alınıbmı?

Şübhəsiz, Azərbaycanın müharibə eləmək, problemi güc yolu ilə həll eləmək hüququ var. Və yenə şübhəsiz ki, Azərbaycan bütün dinc vasitələrin tükənəcəyi təqdirdə bu hüquqdan istifadə edə bilər və etməlidir. Fəqət, bu zaman başlıcası odur ki, bütün risklər və nəticələr hesablansın, götür-qoy edilsin və uğurumuz suverenliyimiz hesabına olmasın.

P.S. Yazı hazırlanarkən məlumat gəldi ki, avqustun 8-də Soçidə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü olacaq. Bəllidir ki, belə bir görüşün baş tutması üçün az öncə Fransa fəal şəkildə çalışıb. Görünür, prezident Ollandın təklifi fiasko olandan sonra təşəbbüsü yenidən Moskva ələ keçirib. Bu xüsusda, yəni gözlənilən Soçi görüşü kontekstində cəbhədə vəziyyətin qəfil kəskinləşməsi daha böyük siyasi anlam qazanmış olur və “Rusiya izi” haqda ehtimal güclənir. Son sual budur ki, Moskva real təhdidlə və ya müharibə imitasiyası ilə kompromislərə kimi məcbur edəcək - Bakını, yoxsa İrəvanı?

Analitik xidmət
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Cəbhə xəttində müharibə hazırlığı

    Cəbhə xəttində müharibə hazırlığı ...

    30-01-2013, 10:59

  • 
  • Cəbhə xəttində müharibə hazırlığı

    Cəbhə xəttində müharibə hazırlığı ...

    9-12-2012, 11:02

  • 
  • Cəbhə xəttində gərginlik - SON DƏQİQƏ

    Cəbhə xəttində gərginlik - SON DƏQİQƏ ...

    3-08-2014, 00:48

  • 
  • Cəbhə xəttində bir erməni yaralandı

    Cəbhə xəttində bir erməni yaralandı ...

    13-10-2013, 16:25

  • 
  • Cəbhə xəttində erməni hərbçi öldürülüb

    Cəbhə xəttində erməni hərbçi öldürülüb ...

    10-04-2018, 11:37


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu