Azərbaycanın sərhədyanı şəhərlərinə niyə əleyhiqazlar paylanır?
gundemxeber.az Son günlər Azərbaycan arenasında baş verən proseslər həm daxili, həm də xarici siyasətimizdə uğursuzluqlarla qarşılanır. Belə ki, sadəcə dünya dövlətlərində korrupsioner rejim kimi tanınan hazırki iqtidar artıq Qarabağ münaqişısini də “hədiyə” edəcəyini gizlətmir. Qarabağda müharibə abu-havası səngimək bilmir. Ermənilər rus kəşfiyyatının köməyi ilə respublikanın sərhədyanı ərazilərinə sərbəst giriş-çıxış edirlər, çoxlu sayda insanlarımız girov götürülür. Amma yaxın aylarda Erməni tərəfinin yeni ideyaları artıq Azərbaycan rəhbərliyində çaxnaşma yaratmışdır. Bir yandan seçkiqabağı proseslər, digər tərəfdən isə cəbhə bölgələrdindən gələn neqativ xəbərlər ordunun tam hazırlıq vəziyyətinə gətirilib çıxarılmasına səbəb olmuşdur. Mənbəmizin bildirdiyinə görə, erməni ordusu Azərbaycanın sərhədyani bölgələrinə kimyəvi maddələrin axıdılması, eləcədə kimyəvi zəhərləmə qurğularının quraşdırılmasına nail olub. Bütün Qarabağla sərhəd rayonlarının təmas xəttində kimyəvi hücuma surətli hazırlıq gedir. Göstərilən məlumatla bağlı hələ bu ilin oktyabr ayında Azərbaycanın müdafiə sistemində həyəcan təbili çalınıb. Belə ki, alınmış xəbərdən sonra rəhbərlik Müdafiə Sənayesi Nazirliyinə əleyhiqazların istehsal edilməsi tapşırığını verib. Son günlər Müdafiə Sənayesi Nazirliyi məlumatı təkzib etsədə, lakin mənbələrimiz zavodlarda bu sahə üzrə xaricdən mütəxəssislərin gətirildiyini və istehsala başlandığını vurğulamışlar. Bildirək ki, işğal olunmuş ərazilərlə təmas xəttində dayanmış Azərbaycan rayonlarının bütün rəhbər heyəti bu barədə xəbərdar edilib. Əhalidə çaxnaşma düşməsin deyə əleyhiqaz mədəniyyəti deyilən bir imic yaratmaq planları gerçəkləşdirmək tapşırığı verilib. Hazırda artıq bəzi rayonların mülki müdafiə sisteminə yeni əleyhiqazlar əlavə olunub və ucqar kəndlərin əhalisinə paylanılır. Ramin
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?