Düşmənlə təmas xəttində yerləşən Goranboy rayonunun Tap Qaraqoyunlu kəndinin bir nəfər də olsun sakini doğma el-obasını tərk etməyib. Prezident İlham Əliyevin cəbhəyanı yaşayış məntəqələrinə göstərdiyi diqqət və qayğı nəticəsində bu kənddə də əhalinin bütün problemləri həll edilib. Kənd əhalisinin qaz, su, işıq və digər kommunal xidmətlər sarıdan heç bir çətinliyi yoxdur. Son illərdə buradan müasir məktəb, poçt binaları istifadəyə verilib. Kəndi Goranboy rayonunun mərkəzi ilə birləşdirən 28 kilometrlik yola başdan-başa asfalt döşənib. Əhalinin rahat yaşaması, gündəlik məişət, eləcə də təsərrüfat işləri ilə təhlükəsiz məşğul olması üçün kəndin ətrafına uzunluğu 1300, hündürlüyü isə 4 metr olan istinad divarı çəkilib. Goranboy Rayon İcra Hakimiyyətinin Tap Qaraqoyunlu inzibati ərazi dairəsi üzrə nümayəndəsi Abbas Allahverdiyev AzərTAc-a bildirib ki, son günlər Ermənistan ordusunun sərhəd bölgələrində törətdiyi təxribat əməlləri sakinlərdə heç bir narahatlıq yaratmır. Onlar gündəlik işləri ilə məşğuldurlar. Hətta avqustun 5-də kənd sakinləri Rüfət Əliyev ilə Zülfiyyə Yusifovanın toy mərasimidir. Bütün bu arxayınçılığın kökündə kənd sakinlərinin Azərbaycan Prezidentinə, qüdrətli ordumuza inamı və etimadı dayanır
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?