Cəbhə xəttində baş verən son olaylar nəticəsində itkilərini gizlətməyə çalışan Ermənistanın Müdafiə Nazirliyi ölən və yaralanlar barədə məlumatları tədricən açıqlamağa başlayıb
Avqustun 5-də Ermənistanın müdafiə naziri Seyran Ohanyan parlamentin vitse-spikeri Ermine Naqdalyanın rəhbərlik etdiyi deputat qrupu ilə birgə hərbi hospitala yerləşdirilən yaralı əsgər və zabitlərə baş çəkib Lakin Ermənistan Müdafiə Nazirliyinin açıqladığı bu xəbərdə yaralı hərbçilərin sayı qeyd edilməyib. Cəbhədə ölən və yaralananlarla bağlı sayı gizlətməklə Ermənistan Müdafiə Nazirliyi ölkə ictimaiyyətinin qəzəbindən növbəti dəfə yayınmağa çalışıb.
Erməni saytlarında dərc olunan fotoşəkillər cəbhədəki son hadisələrin erməni qadınları ağlar qoyduğunu təsdiqləyir.
Qeyd edək ki, erməni tərəfinin itkilərlə bağlı açıqladığı son məlumatda avqustun 4-də Azərbaycanın işğal altındakı Kəlbəcər rayonunda Ermənistan Silahlı Qüvvələrinin muzdlu hərbçisi 40 yaşlı Aram Qriqoryanın öldürülməsiylə bağlıdır. Onun evli olduğu üç uşağının yetim qaldığı bildirilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?