BMW ilə toqquşan Vaz 21015-in sürücüsünün durumu ağırdı
Prezident Administrasiyasının yüksək rütbəli məmurlarından olan Zeynal Nağdəliyev Kürdəmir ərazisində yol qəzası keçirib.
Bu barədə musavat.com-a hadisə şahidlərindən biri məlumat verib. Onun deməsinə görə, cənab Nağdəliyev Kürdəmir xəstəxanasına aparılıb. Dövlət məmurunun BMW markalı maşını Vaz 21015 markalı Jiquli ilə toqquşub. Z. Nağdəliyevin və onunla toqquşan maşındakıların durumu haqda əlavə məlumat ala bilmədik.
Musavat.com-un da xəbər verdiyi kimi, ölkənin rəhbər heyəti bu gün günortadan başlayaraq cəbhə xəttinə yollanmaqdadır. Z. Nağdəliyev də bu məqsədlə Ağdama gedirmiş.
İstiqamet.com-un əldə etdiyi məlumatlara görə, Vaz 21015 markalı Jiquli Bakıdan Ağdama gedən maşın qəfil kortejinin qarşısına çıxıb və Z. Nağdəliyevin olduğu maşınla toqquşub. Z. Nağdəliyevin xəsarəti yüngül olub. O, burnundan xəsarət alıb və helekopterlə Bakıya gətirilib. Vaz 21015-in sürücüsü, Kürdəmir rayonunun Qarabucaq kənd sakininin durumu isə ağırdı. O, hazırda Kürdəmir xəstəxanasında reanimasiya şöbəsindədir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?