“Dünən atışma olub. Hətta bizim kəndə güllənin “pulyaları” da düşüb. Ancaq bu gün gecədən kənddə sakitlikdir və atışma olmayıb”.
Bu sözləri Axar.az-ın təmas xəttinə ezam olunmuş əməkdaşına Mirəşəlli kənd sakini Rəfael Ağayev deyib.
Kənd sakini rayonların geri qayıtması ilə bağlı yayılan məlumatların doğru olmadığını bildirib:
"Kəndimiz təmas xəttinə ən yaxın məsafədə olan yerdir. Burdan ermənilərin postuna 250 metr məsafədir. Bayramlar kəndi erməni işğalındadır. Bizim kəndə çox yaxındır. Düşməndən azad olunsa, xəbərimiz olardı".
Kənd sakini Yusifcanlı kəndinin işğaldan azad edilməsi ilə bağlı yayılan məlumatlardan da danışıb:
“Yusifcanlı kəndi bizdən 45 km məsafədə yerləşir. Kəndi azad etsələr görməyə bilərik, Yusifcanlı bizdən uzaqda yerləşir”.
Xatırladaq ki, Ağdamın Yusifcanlı və Bayramlar kəndinin erməni işğalından azad edilməsi ilə bağlı ötən gün ölkə mediasında məlumatlar yayılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?