GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Xalq savaşa hazır olduğunu hakimiyyətə isbat etdi”

“Xalq savaşa hazır olduğunu hakimiyyətə isbat etdi”

Tarix: 8-08-2014, 01:55 Bölmə :Ölkə Baxış: 0
“Xalq savaşa hazır olduğunu hakimiyyətə isbat etdi”


Qorxmaz İbrahimli: “Müharibə başlayarsa, Azərbaycanın qazandıqları itirdiklərindən qat-qat çox olacaq”

“Nə qədər sadəlövh olmaq gərəkdir ki, cəbhədəki son olayların arxasından Kremlin qırmızı divarlarını görməyəsən?”

- Qorxmaz bəy, iyulun 31-dən başlayaraq cəbhə xəttində, son 20 ilin ən irimiqyaslı qarşıdurması hesab edilən döyüşlər yaşandı, iki günün içərisində 14 şəhid verdik və itkilər davam edir. Sizcə, nələr baş verir, kimlərsə bizi müharibəyəmi sürükləyir?

- Öncə üzləşdiyimiz bu ağrılı olaylardan dolayı xalqımıza başsağlığı verirəm, gözüyaşlı analarımızın, sinəsi qubarlı atalarımızın dərdlərinə şərik olduğumu bəyan edirəm, şəhidlərimizə uca Allahdan məqam arzulayıram. Vətənimizin, Millətimizin başı sağ olsun!

O ki qaldı cəbhədə baş verənlərə, buna artıq lokal qarşıdurma demək mümkün deyil. Çünki bizi hər vəchlə özümüzü qorumağa çalışdığımız, dünyanı ağuşuna almış müharibələr burulğanına sürükləmək istəyirlər. Buna bir növ "müstəqil və balanslı siyasətin bədəli" də demək olar. Azərbaycan bütün təzyiqlərə baxmayaraq, Rusiyanın diqtəsinə əməl etmir, eyni zamanda Qərbin buyruq quluna çevrilmək niyyətində də deyil. Belə olan halda "Bakını ipə-sapa yatırmaq" cəhdləri başlayır. Yəni Ermənistanın öz təşəbbüsü və istəyi ilə nəinki belə irimiqyaslı əməliyyata başlaya biləcəyi mümkündür, hətta Moskvanın izni olmadan bir mərmi də ata bilməzlər. Bu baxımdan düşünürəm ki, cəbhədəki son olaylar Azərbaycanı boyun əydirmək məqsədi daşıyır.

- Belə anlaşılır ki, toqquşmaların arxasından Kremlin qırmızı divarları görünür. Amma rus ekspertlər israrla bəyan edirlər ki, indiki halda Cənubi Qafqazda savaş heç bir halda Moskvaya sərf etmir...

- Biz bu cür inandırma çabalarını çox görmüşük. Yəni nə qədər sadəlövh olmaq gərəkdir ki, Moskvanın Dağlıq Qarabağ münaqişəsini daimi gərginlikdə saxlamaqda maraqlı olduğunu anlamayasan? Təsəvvür edin ki, Rusiya bir tərəfdən Azərbaycana silah satır və külli miqdarda qazanc əldə edir. Digər tərəfdən, Ermənistana hərbi, siyasi və iqtisadi dəstək verməklə onların çökmələrinə imkan vermir. Deməli, Qarabağ konflikti həll olunarsa, yaxud ən azından sülhə doğru yol alarsa, Kreml 2 böyük imkandan məhrum olur: Birincisi tərəflərə, xüsusilə Azərbaycana silah satmaqdan əldə etdiyi qazanc mənbəyini itirir (axı müharibə ehtimalı olmasa, Azərbaycan niyə silahlansın?); İkincisi Cənubi Qafqazın iki ölkəsinə, xüsusilə də Azərbaycana təsiretmə riçaqı əlindən çıxır. Deməli, nə zaman görürlərsə ki, münaqişə səngiyir, yaxud həllə doğru çabalar var, dərhal ruslar bir təxribat törədib aranı qatırlar. Ermənistan parlamentindəki məşhur gülləbaranı xatırlayın. İndi özünüz düşünün, hansı supergüc bu cür imkanlardan özünü məhrum etmək istəyər? Bu günün də üsulu olaraq bunu seçib məlum qırmızı divar sahibləri.

- Bəs indi hansı situasiya yarandı ki, ruslar qeyd etdiyiniz addımı atdılar?

- Baxın, Ukrayna hadisələri artıq Rusiyanın əleyhinə cərəyan edir, şərq vilayətləri ard-arda separatçılardan təmizlənir və Putin vəziyyətdən mümkün qədər az nüfuz itirməklə çıxmağa çalışır. Digər tərəfdən Qərbin Moskvaya qarşı sanksiyalarının ən iri mərhələsi işə düşdü və Qərb özünün bütün müttəfiqlərini bu sanksiyalara qoşulmağa çağırır. O cümlədən Azərbaycanın da bu sanksiyalara qoşulma ehtimalı ola bilər. Deməli, Putin Qarabağda savaş ab-havası yaratmaqla, ilk növbədə diqqətləri Ukraynadan ayırıb, Qərbin nəhəng enerji layihələrinin keçdiyi Cənubi Qafqaza yönəltmək istəyir. İkincisi də, Bakıya "əgər sanksiyalara qoşulsan, Qarabağda müharibə başladaram" mesajını çatdırır. Bunlardan əlavə Moskva hələ də ümid edir ki, Azərbaycanı Avrasiya Təşəbbüslərinə və konkret olaraq Gömrük İttifaqına cəlb edə biləcək. Buna görə də belə təsir imkanlarından istifadə etməklə Bakıya təzyiqlər edir. Gördüyünüz kimi, baş verənlərdən Moskvanın izini axtarmaq üçün kifayət qədər əsaslar var.

- Son hadisələr cəbhədə vəziyyətin nə dərəcədə həssas olduğunu göstərməklə yanaşı, Minsk Qrupunun mövcudluğunun da ümumiyyətlə, heç nəyə yaramadığı fikrini sübut etdi. Bu vəziyyətdə neyləməli?

- Biz illərdir Minsk Qrupunun bu münaqişədə mənasız bir quruma çevrildiyini deyirik. Əvvəla, Dağlıq Qarabağ danışıqlarının gedişi və Minsk Qrupu həmsədrlərinin fəaliyyəti, münaqişənin sülh yolu ilə həllinin mümkünsüz olduğu fikrini gücləndirir. Bəs rəsmi Bakı nəyi gözləyir? Niyə Minsk Qrupu formatından birdəfəlik imtina edilmir? Doğrudur, Azərbaycan hakimiyyətinin ayrı-ayrı təmsilçiləri ara-sıra Minsk Qrupunun fəaliyyətini tənqid edirlər, lakin ortada əməli addım yoxdur. Birdəfəlik anlamaq lazımdır ki, bu format münaqişəni ədalətlə həll etmək deyil, dondurub saxlamaq üçün lazımdır.

Bu arada bir məqamı vurğulamaq istəyirəm. Cəbhədəki son hadisələrdən doğan ümumxalq qəzəbi, insanların düşmənə qarşı necə həmrəylik etdirməsini hamılıqla gördük. Hətta bəzi saytlarda yalandan yayılan "filan kəndi geri aldıq" kimi xəbərlər az qala könüllü səfərbərliyi başlamaq üçün təkana çevrilirdi. Bütün bunlar göstərdi ki, birilərinin uydurduğu "xalq müharibə istəmir, döyüşmək istəmir" kimi miflərin dağılması üçün bircə qığılcım yetər. Hakimiyyət də gördü ki, istənilən savaş əmri ilə cəmiyyəti qısa müddətdə torpaqlarımız uğrunda müharibəyə qaldırmaq mümkündür. Yəni xalq müharibəyə hazır olduğunu hakimiyyətə isbat etdi.

Əlbəttə ki, mən istənilən müharibənin, qan tökülməsinin, şəhid verilməsinin əleyhinəyəm, amma görürsünüz ki, zatən müharibədir, qan tökülür və şəhid veririk. Bizi buna məcbur edirlər. Artıq xalq da yalançı vasitəçilərdən, uzun illər uzanan danışıqlardan, başaldatmalardan usanıb, millət öz haqqını istəyir. Və bu haqqı gec-tez ona vermək lazımdır.

- Amma, müharibə başlayarsa, yuxarıda qeyd etdiyiniz Moskva amili nəzərə alınmamalıdır

- Alınmalıdır əlbəttə. Amma bir şeyi unuduruq ki, biz kimsənin ərazisinə soxulmuruq, öz ərazimizdə antiterror əməliyyatı aparırıq. Necə ki, bu gün Ukrayna aparır və qələbəyə çox yaxındırlar da. Poroşenko seçilənə qədər müvəqqəti hökumətin qətiyyətsizliyi səbəbindən Krım əldən çıxdı, şərq vilayətləri separatçıların əlinə keçdi. Amma yeni prezidentin sərt qərarları nəticəsində separatçılar məhv edilir, ruslar geri çəkilməyə məcbur olur. Biz də eyni vəziyyəti yarada bilərik.

Bundan əlavə, bu günlərdə məhz sizin qəzetinizdə dərc olunan bir müsahibə diqqətimi çəkdi. Həmsöhbət olduğunuz rus politoloqu Dmitriy Verxoturov müharibə başlayarsa, Rusiyanın Ermənistanı müdafiə etmə ehtimalını çox gözəl izah etmişdi. Əvvəla o qeyd etmişdi ki, Rusiyanın Ermənistanla birbaşa sərhədi yoxdur və Gürcüstan öz ərazisini rus qoşunlarının istifadəsinə verməz. Müharibə anında Rusiya öz hərbi qüvvələrini Azərbaycanın şimalına yeritməyə cəhd göstərə bilər ki, bu da Moskvanın Cənubi Qafqaz siyasətinin birdəfəlik iflası demək olar və ruslar bunun bədəlini çox ağır ödəyərlər. Mən bu fikirlərlə tamamilə razıyam.




Sözügedən politoloq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistana dəstəyi məsələsini də incəliklə açmışdı. Bildirmişdi ki, KTMT-nin nizamnaməsinə görə, üzv ölkələr güc tətbiq etməkdən çəkinməlidir (maddə 1) və onlara qarşı güc tətbiqi də bütün quruma qarşı güc tətbiqi hesab ediləcək (maddə 4). Yəni kimin necə əlaqələndirməsindən asılı olmayaraq, Dağlıq Qarabağ münaqişəsi bu maddələrin heç birinə uyğun gəlmir. Bəli, mən də hesab edirəm ki, Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsi olmadığı üçün, Azərbaycan ordusunun buradakı əməliyyatları Ermənistana qarşı aqressiya kimi qəbul edilə bilməz. Əgər Azərbaycan ordusu Ermənistan sərhədini keçərsə, o zaman onun əməlləri KTMT-nin 4-cü maddəsinə aid edilir və qurum məsələyə qarışa bilər. Təbii ki, Rusiyadakı bəzi dairələr Qarabağla Ermənistanı birləşdirmək və bununla da Dağlıq Qarabağı da KTMT-nin çətiri altına salmaq istəyirlər. Amma bunun üçün heç bir əsas yoxdur və Verxoturovun da dediyi kimi, Ermənistanın Dağlıq Qarabağ separatçılarına hərbi yardım etməsi birbaşa KTMT-nin sazişinin 1-ci bəndinin pozulmasıdır.

- Nəhayət, bu hadisələr Türkiyə cəmiyyətində sərt reaksiyalar doğurdu, hətta qardaşlarımız könüllü şəkildə Qarabağda savaşacaqlarının anonsunu verdilər. Müharibə ehtimalı reallaşarsa, Türkiyədən real hərbi dəstək görəcəyimizə ümid edə bilərikmi?




- Türkiyə cəmiyyətinin Azərbaycan şəhidlərini öz şəhidləri kimi anması, dərdimizə şərik çıxması qürurvericidir və bir millət olduğumuzun təsdiqidir. Lakin müharibə başlayarsa, Türkiyə dövlətinin birbaşa açıq şəkildə Qarabağa qoşun yeridəcəyini söyləməyə tələsmək istəmirəm. Ən azından, bu gün Türkiyənin özünün həm daxilində, həm bəzi dövlətlərlə kifayət qədər problemləri var. Suriya məsələsi qapanmayıb, Ərdoğanın Qərblə əlaqələri xeyli dərəcədə zədələnib, içəridən "paralel yapı" təhlükəsi tam aradan qalxmayıb və s. Bütün bunlar Ankaranı maksimum dərəcədə ehtiyatlı davranmağa və uçurumun kənarı ilə asta-asta yeriməyə vadar edir. Lakin bunlar heç də o demək deyil ki, Türkiyə Qarabağ müharibəsinə, Azərbaycandakı qardaşlarının haqq savaşına biganə qalacaq. Ən azından, gizli dəstək olacaq, könüllü birliklərin savaşa qoşulmasına şərait yaradılacaq, yaxud Naxçıvanın müdafiəsi təşkil olunacaq. Onu da unutmayaq ki, Türkiyə də 90-cı illərin əvvəlindəki Türkiyə deyil, bizim yanı başımızda regionun əsas güc mərkəzlərindən biri olan, dünya siyasətində söz sahiblərindən birinə çevrilən Türkiyə dayanır. Qısası, istənilən halda, müharibə başlayarsa, Azərbaycanın qazandıqları itirdiklərindən qat-qat çox olacaq.

T.MƏMMƏDOV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Keçmiş müdafiə naziri Ali Baş Komandana müraciət etdi

    Keçmiş müdafiə naziri Ali Baş Komandana müraciət ...

    1-08-2014, 19:11

  • 
  • Bəyaz hərakat 24 iyuna yürüş çağrışı etdi!

    Bəyaz hərakat 24 iyuna yürüş çağrışı etdi! ...

    11-05-2019, 22:11

  • 
  • Azərbaycan XİN: Başın sağ olsun, Kardeş Türkiye!

    Azərbaycan XİN: Başın sağ olsun, Kardeş Türkiye! ...

    28-02-2020, 11:25

  • 
  • Cəbhədə döyüşlər başladı - Son dəqiqə

    Cəbhədə döyüşlər başladı - Son dəqiqə ...

    6-08-2014, 00:54

  • 
  • Hakan Şükür şəhidlərimizlə bağlı başsağlığı verdi

    Hakan Şükür şəhidlərimizlə bağlı başsağlığı verdi ...

    2-08-2014, 22:31


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu