Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İdlibdə Türkiyə hərbçilərinin ölümü ilə bağlı başsağlığı verib.
Gundemxeber.Az xəbər verir ki, bu barədə nazirliyin “Twitter” səhifəsində yazılıb.
“İdlibdə Türkiyə əsgərlərinin şəhid olması xəbəri bizi dərindən kədərləndirdi. Şəhidlərə Allahdan rəhmət diləyir, onların ailələrinə və bütün Türkiyə xalqına başsağlığı veririk. Başın sağ olsun, Kardeş Türkiye", - deyə, bildirilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?