Prezident İlham Əliyev özünün Tvitter hesabında cəbhədə yaranan gərginlikdən yazıb.
Prezident müharibəyə Könüllü getmək üçün müraciət edən insanlara bunları deyib:
“Son günlər ərzində erməni işğalçı qüvvələrinin hücumları nəticəsində bizim ordumuz itkilər vermişdir, bir neçə hərbçi şəhid olmuşdur. Allah onlara rəhmət eləsin! Ancaq onların qanı yerdə qalmayıb. Son hadisələr bir də onu göstərdi ki, cəmiyyətdə vətənpərvərlik ruhu çox yüksəkdir. Yüzlərlə müraciətlər olunur, cəbhə bölgəsinə Azərbaycanın digər bölgələrindən gənclər təşrif buyurur, öz arzularını ifadə edirlər. Onlar könüllülər kimi ərazi bütövlüyümüzün bərpasında iştirak etmək istəyirlər. Hesab edirəm ki, hələ buna ehtiyac yoxdur”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?