GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azərbaycanın qadın hərbçiləri də döyüşə hazırdır - Reportaj

Azərbaycanın qadın hərbçiləri də döyüşə hazırdır - Reportaj

Tarix: 12-05-2016, 22:58 Bölmə :Ölkə Baxış: 0
Azərbaycanın qadın hərbçiləri də döyüşə hazırdır - Reportaj

"Dünyanın bir çox ölkələrində zərif cinsin nümayəndələrinin hərbi xidmətə cəlb olunur. Azərbaycan tarixinin müxtəlif dövrlərində də döyüşkən qadınların sayı az olmayıb. Qarabağ savaşı zamanının ilk illərində Azərbaycan qadınlarının hərbi əməliyyatlarda necə iştirak etdiyi, qəhrəmanlıqlar göstərdiyi, şəhidlik zirvəsinə ucaldıqları faktlardır. Hətta 1992-ci ildə qadınlardan ibarət batalyon da yaradılmışdı. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu gün də şərəflə xidmət edən xanımlarımız var və onlar müxtəlif sahələrdə çalışırlar".

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Aqil Abbas APA TV-yə bildirib ki, torpaqlarında 20 ildən artıq müharibə gedən bir ölkənin qadın vətəndaşlarının hazırlıqlı olmasında heç bir qəbahət yoxdur: "Qadınlar cəbhədə ön xətdə həkim, tibb bacısı kimi də fəaliyyət göstərirdilər. Ön cəbhədə olan Azərbaycan qadını əsgərlərimizin yeməyini bişirib, hətta paltarlarını belə yuyurdular. Bunu cəbhə boyu Ağdam, Füzuli, Tərtər, Kəlbəcərdə - bütün döyüş gedən bölgələrdə bunu görmək olardı. Cəbhədə könüllü olaraq döyüşlərə qatılan tibb bacıları orda əməliyyata ehtiyacı olan əsgərlərimizi əməliyyat belə edirdilər. Bu gün müasir Azərbaycan ordusunun qadın döyüşçülərə ehtiyac olmasa da, elə işlər var ki, cəbhədə onu qadınlar görməlidir".

"Vətən üçün oğlan-qız amili yoxdur. Vətən elə Vətəndir" deyən millət vəkili hesab edir ki, torpağı hamı sevməli, uğrunda ölməyə və öldürməyə hazır olmalıdır: "Dünya təcrübəsindən də bəllidir ki, ən yaxşı snayper məhz qadınlar olur. Deyirlər ki, silah incə texnikadır. Snayper tüfəngləri xüsusilə incə silahlar sırasındadır. Elə buna görə də qadın silahla daha tez dil tapa bilir. Bunu mütəxəssislər və müharibə iştirakçıları da dəfələrlə deyiblər. Hətta Böyük Vətən Müharibəsində 1941-45-ci illərdə minlərlə azərbaycanlı qadın cəbhəyə yollanıb. Onlar da döyüşüblər, təkcə tibb bacısı kimi müharibədə iştirak etməyiblər. Əbəs yerə demirlər ki, Azərbaycanın Tomrisi var, Həcəri var, Salatın Əsgərovası və Gültəkini var".

Maraqlısı odur ki, ordu sıralarına qoşulan və qoşulmaq istəyən qadınlarımızın sayı ilbəil artır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət keçmək üçün könüllü müraciət edən qadınların sayında ildən-ilə artım müşahidə olunur. Lakin hərbi sirr olduğundan, hərbi qeydiyyata götürülmüş qadın vətəndaşların sayı barədə məlumat verilmir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib ki, hazırda yüzlərlə ehtiyatda olan əsgər və keçmiş döyüşçü cəbhəyə könüllü yollanmaq üçün Müdafiə Nazirliyinə müraciət edib, onların arasında qadınların sayı az deyil. O qeyd edib ki, qadınların hərbi xidmət keçməsi "Hərbi xidmətkeçmə haqqında" Əsasnamə ilə tənzimlənir və könüllü surətdə həyata keçirilir: "Bu gün də cəbhəyə könüllü getmək istəyən qadınlar var. Bu, planlaşdırılmış qaydada həyata keçirilir. Bununla bağlı heç bir problem yoxdur".

Nazirlik rəsmisi qeyd edib ki, qadın hərbi qulluqçuların kişilərlə yanaşı xidmət etməsi həm xidmətin keyfiyyətinin artmasına, həm də nizam-intizamın yüksəlməsinə müsbət təsir göstərir. Çünki qadınlar stabilləşdirici qüvvə rolunu oynayırlar.

Torpaqlarımızın azadlığı uğrunda döyüşən qadınlarımızdan Milli Qəhrəmanlarımız da var. Onlardan Salatın Əsgərova, Gültəkin Əsgərova, habelə digər xanımlar belə şəxslərdəndir. Qarabağ savaşında snayper olmuş, 40 yaşında cəbhəyə könüllü yollanmış Növrəstə Yusifova isə qanlı müharibənin canlı şahidlərindəndir. O, Qarabağ müharibəsində müstəqil Azərbaycanın ilk qadın snayperi olub. Ehtiyatda olan zabit Növrəstə Yusifova son günlər cəbhədə vəziyyətin gərginləşməsi ilə əlaqədar ölkə prezidentinin saytına məktub ünvanladığını qeyd edib. Onun sözlərinə görə, yenidən ön cəbhədə snayperçi qadın kimi döyüşməyə hazırdır: “Prezident, Ali Baş Komandan İlham Əliyevə müraciət etmişəm. Xahiş etmişəm ki, cəbhə xəttinə gedim. Demirəm ki, bu yaşımda əlbəyaxa döyüşə gedərəm. Bu gün Qarabağ savaşında iştirakçı olmuş müxtəlif ictimai birliklərdə çalışan 400 nəfər könüllünün də siyahısını tərtib etmişik. Yəni yaş baxımından, fiziki sağlamlığı normal olanlardan onlarla müraciət almışıq. İki ay əvvəl siyahını təşkil etmişik. Bilirsiniz, mənə döyüşlərdə müraciət edənlər "xalaqızı" deyirdilər. Elə indi də müraciət edən döyüşçü dostlarım bu cür müraciət edir. Mən isə artıq bu işin Müdafiə Nazirliyinin təşkilatçılığı ilə aparıldığını deyirəm". Hazırda Qarabağ Əlilləri və Veteranları Birliyinin sədri olan 65 yaşlı Növrəstə Yusifova əsgər, döyüşçü formasını o illərdən bəri bir dəfə də olsun, geyinməyib. Özünün dediyi kimi, niyyət edib ki, bir də onu döyüşə gedəndə geyinəcək: "Mən yarımçıq qoyub gəldiyim işimi davam etdirmək istəyirəm. 1994-cü ildə döyüş bölgəsindən Bakıya gəldim. Bu gün də o arzu ilə yaşayıram ki, şəhidlərimizin qanı yerdə qalmasın. Xahiş etmişəm ki, kimin Müdafiə Nazirliyində, Sərhəd Qoşunlarında, Daxili Qoşunlarda tanışı varsa, mənə kömək etsin, yenə cəbhə bölgəsinə qayıdım. Hara göndərirlər göndərsinlər, mən orda özüm üçün heç bir şərait istəməyəcəyəm. Özüm öz şəraitimi elə orda quracağam. Varlığımla heç kimə əziyyət etməyəcəyəm, yetər ki, orda əsgərlərimizlə bərabər olum".

Qeyd edək ki, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 26-cı maddəsinə əsasən, Azərbaycanda 19 yaşından 40 yaşınadək qadınlar əsgərlərin, matrosların və çavuşların müddətdən artıq, həmçinin gizirlərin və miçmanların, ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək qadınlar isə zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil ola və qəbul edilə bilərlər.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb

    Azərbaycanda növbəti həqiqi hərbi xidmətə çağırış ...

    2-04-2018, 10:21

  • 
  • Hərbi xidmətə çağırışla bağlı sərəncam verildi

    Hərbi xidmətə çağırışla bağlı sərəncam verildi ...

    12-09-2013, 01:59

  • 
  • Hərbi xidmətə çağırışa start verildi

    Hərbi xidmətə çağırışa start verildi ...

    4-06-2013, 19:58

  • 
  • Azərbaycan xanımları əsgər gedərlərmi..?

    Azərbaycan xanımları əsgər gedərlərmi..? ...

    28-01-2014, 09:39

  • 
  • AQİL ABBAS: CÜMŞÜD NURİYEV ÜÇÜN ÇOX AYIB

    AQİL ABBAS: CÜMŞÜD NURİYEV ÜÇÜN ÇOX AYIB ...

    27-11-2019, 19:47


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu