Ermənistan rəsmən Qarabağda geri çəkildiyini etiraf edib. gundemxeber.az avropa.info-ya istinadən xəbər verir ki, Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Arcun Ovannisyan açıqlama verərək, cəbhə xəttində atışmaların davam etdiyini və Ermənistan Silahlı Qüvvələrinin bəzi mövqelərdən geri çəkildiyini deyib.
"Atışmalar davam edir, doğrudur, bir qədər geri çəkilmişik, amma ölənlərimiz və yaralılarımız yoxdur." Qeyd edək ki, Azərbaycan Ordusunun Ağdam və Füzuli istiqamətində bir çox postları azad etdiyi haqda məlumatlar yayılıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?