İŞİD silahlılarının hücumlarından sonra PKK-nın geri çəkildiyini etiraf edib.
Avropa.info-nun məlumatına görə, bu barədə PKK silahlılarının rəhbəri Murad Karayılan açıqlama verib. Karayılan bildirib ki, İŞİD hücumlarından sonra PKK İraqdakı bəzi bölgələrdən geri çəkilib.
Karayılanın sözlərinə görə, PKK- nın dağlardan geri çəkilməsinə səbəb artıq oralarda qalmağa ehtiyac olmamasıdır. O bildirib ki, lazım olarsa PKK bir az da geri çəkilə bilər.
"PKK öz vəzifəsini yerinə yetirdi. Qardaşlarının köməyinə çatdı. Deyirdilər ki, PKK girdiyi yerdən çıxmaz. Amma biz ehtiyac olmadığını gördükdən sonra, dağlardan geri çəkildik. Ehtiyac olarsa yenə də geri çəkilə bilərik"- Karayılan bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?