Bakıda qətl hadisəsi törədilib. Xəzər rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, rayon sakini, 1940-cı il təvəllüdlü Axundov Layiq Səlim oğlu müraciət edərək bildirib ki, həyat yoldaşını naməlum şəxs bıçaqlayıb. 74 yaşlı kişi qeyd edib ki, axşam saatlarında evə gəlib qapını açarkən tanımadığı şəxsin mənzilə soxulduğunu və həyat yoldaşı, 1947-ci il təvəllüdlü Axundova Lətifə Fətəli qızını bıçaqladığını görüb. Bunu görən ev sahibi araya girib və "cinayətkar"ı zərərsizləşdirməyə çalışıb. Bu zaman o özü də xəsarət alıb. 67 yaşlı Lətifə Axundova isə hadisə yerindəcə keçinib.
İlkin araşdırmalarla Layiq Axundovun polisə yalan məlumat verməsi üzə çıxarılıb. Məlum olub ki, 74 yaşlı kişi özü həyat yoldaşını bıçaqlayaraq öldürüb və tez-tələsik polisə yalan məlumat vermək qərarına gəlib. L.Axundov sonradan səmimi şəkildə törətdiyi əməli etiraf edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb. A.Axundov saxlanılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?