gundemxeber.az anspress-ə istinadən bildirir ki, hadisə bu gecə Qaradağ rayonu Sahil qəsəbəsində qeydə alınıb.
Maştağa sakini, 1977-ci il təvəllüdlü Qəmbərov Elçin Söhbət oğlu içkili vəziyyətdə keçmiş həyat yoldaşının yaşadığı ünvana, Zahid Qasımov küçəsi bina 12-nin qarşısına gəlib. O, atası evinə qayıdan həyat yoldaşını geri aparmaq istəyib. Lakin Elçinlə onun keçmiş qaynı 1977-ci il təvəllüdlü Əliyev Cəmaləddin Ağamirzə oğlu arasında mübahisə düşüb.
Qaradağ rayonu Sahil qəsəbəsinin polis bölməsindən verilən məlumata görə, qayın keçmiş kürəkənindən içkili olduğunu və evlərindən getməsini xahiş edib. Sözə qulaq asmayan Elçinlə Cəmaləddin arasında mübahisə böyüyüb, onlar binanın qarşısında dava ediblər. Bundan sonra Elçin özü ilə gətirdiyi tapançadan keçmiş həyat yoldaşının qardaşına atəş açıb.
Hadisədən sonra polis Elçin Qəmbərovu saxlayıb. Cəmaləddin Əliyev isə Musa Nağıyev adına xəstəxanaya yerləşdirilib.
Sorğu
Yeni dizaynımız necədir?