Səhiyyə Nazirliyi EBOLA virusuna qarşı tədbirlərə başlayıb. Avqustun 15-də səhiyyə nazirinin müavini, ölkənin baş sanitarı Abbas Vəlibəyov Ebola virusu xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi ilə bağlı əmr imzalayıb.
Nazirliyin internet səhifəsində verilən məlumatda qeyd olunur ki, əmrə əsasən tibb idarə və müəssisələrinin rəhbərlərinə, gigiyena və epidemiologiya mərkəzlərinin rəhbərlərinə xüsusi tapşırıqlar verilib.
Əmrdə xəstəliyə şübhəli bilinən şəxslərin dərhal təcrid edilməsi, hospitallaşdırılması, o cümlədən sərhəd keçid məntəqələrində EBOLA virusu yayılmış ölkələrdən gələn vətəndaşlar üzərində tibbi müşahidənin təmin edilməsi üçün şəraitin yaradılması ilə bağlı əlaqədar qurum rəhbərlərinə tapşırıq verilir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, Afrikanın qərbində yayılan EBOLA virusunun qurbanlarının sayı 1069 nəfərə çatıb. Son açıqlamalara əsasən ölümcül virusa yoluxanların sayı 1975 nəfər təşkil edir. Öldürücü gücə malik EBOLA virusu ilk olaraq 2014 ilin fevralında Qərbi Afrika ölkələri olan Liberiya, Qvineya, Nigeriya və Syerra-Lionesdə aşkarlanmışdır. Xəstələr arasında ölüm göstəricisi təxminən 90% təşkil edir. Virusun insan oprqanizminə düşməsi əsasən yoluxmuş heyvanların qanı və digər bioloji mayelər ilə sıx təmas nəticəsində habelə, insandan insana yoluxma ilə baş verir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?