Dünən Bakının Yasamal rayonu ərazisində ana və qızının intihar etməsinə görə həmin ailənin başçısı Asəf Fərzəliyevin həbs edilməsi barədə xəbərlər yayılıb. Lent.az-ın məlumatına görə, KİV-də geniş müzakirələrə səbəb olan xəbərə Bakı şəhər Prokurorluğu münasibət bildirib. Bakı şəhər prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Günel Əkbərova Lent.az-a bildirib ki, bir neçə gün əvvəl baş vermiş olaya görə, Asəf Fərzəliyevin həbs edilməsi xəbəri həqiqəti əks etdirmir: “Həmin fakta görə Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb və iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Cinayət işi ilə əlaqədar intihar etmiş Kifayət Abbasovanın həyat yoldaşı və Aytac Fərzəliyevanın atası olan Asəf Fərzəliyevin həbs edilməsi xəbəri isə həqiqəti əks etdirmir”.
Qeyd edək ki, dünən musavat.com saytında məlum cinayət işinin istintaqının nəticəsi olaraq ailənin başçısı Asəf Fərzəliyev həbs edilməsi barədə xəbər yer alıb. Bildirilib ki, hadisə baş verən gün Asəf Fərzəliyev Yasamal rayonu 29-cu polis bölməsində və Yasamal rayon prokurorluğunda dindirilsə də, sərbəst buraxılmışdı. Daha sonra isə o, yenidən saxlanılıb. Onun arvadının və qızının ölümündə təqsirli bilinməsi istisna deyil.
Onu da qeyd edək ki, bir neçə gün əvvəl Yeni Yasamal 2, ev 10 ünvanında 1968-ci il təvəllüdlü Kifayət Vəli qızı Abbasova və onun qızı, 1997-ci il təvəllüdlü Yeganə Asəf qızı Fərzəliyeva yaşadıqları binanın 9-cu mərtəbəsindən özlərini ataraq intihar ediblər. Onların intihar etməsinin səbəbləri hələlik məlum deyil. Polisdən bildirilib ki, iki üzvü intihar edən ailənin bir neçə gün əvvəl 14 yaşlı qızları itkin düşüb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?