Ötən gün Bakıda intihar edən 21 yaşlı Niftəliyev Şamxal Təbriz oğlununun özünə qəsd etməsiylə bağlı bəzi təfərrüatlar məlum olub.
Hərbi xidmətdən yeni qayıdan gəncin sevdiyi qıza görə intihara əl atdığı bildirilir.
Belə ki, Şamxalın ailəsi onun sevdiyi qızla münasibətlərini rəsmiləşdirməsinə razı olmayıblar. Onun bu səbəbdən nənəsinə məxsus evin eyvanında intihar etdiyi qeyd olunur.
Qeyd edək ki, faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri həyata keçirilir.
Onu da əlavə edək ki, Niftəliyev Şamxal məşhur meyxanaçı Ələkbər Yasamallının bacısı oğludur.//qafqazinfo
Sorğu
Yeni dizaynımız necədir?