Bıçaqlanan şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağdam rayon şöbəsinin əməkdaşıdır
Bu gün səhər saatlarında Tərtərin Dörd yol adlanan ərazisində bıçaqlanma hadisəsi baş verib.
ANS PRESS-in bölgə müxbirinn verdiyi məlumata görə, əslən Ağdamın işğal altındakı Güllücə kəndindən olan 1961-ci il təvəllüdlü Füzuli Əliyev öz oğlunun qaynı tərəfindən bıçaqlanıb.
Yerli sakinlərdən ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, hadisəyə səbəb Fizuli Əliyevin oğlu Rəşad Əliyevin həyat yoldaşını boşadığı üçün qaynının ondan intiqam almaq istəməsi səbəb olub.
Hadisə ərazidəki mağazalardan birində baş vedib. Hadisəni törədən Rəşad adlı şəxs daha sonra polisə gedərək təslim olub.
Qeyd edək ki, Füzuli Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağdam rayon şöbəsinin əməkdaşıdır.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?