Bərdədə dəhşətli qətl hadisəsini törədən şəxs könüllü olaraq polisə təslim olub.
Bərdə rayonunun Kətəlparaq kəndində həyat yoldaşını balta ilə öldürüb, qaynanasına ağır xəsarət yetirən İmişli rayon sakini, 1988-ci il təvəllüdlü Qurbanov Elçin Nazim oğlu hadisədən sonra rayon Polis Şöbəsinə gedərək təslim olub.
Hadisəyə səbəb ailə münaqişəsi olub. O, həyat yoldaşının boşanması üçün məhkəməyə müraciət etdiyini bildirib. Buna etiraz olaraq həyat yoldaşı və qayınanası ilə mübahisə edib. Hisslərinə hakim ola bilməyən E.Qurbanov balta ilə həyat yoldaşına və qaynanasına bir neçə zərbə endirib. Həyat yoldaşı aldığı zərbədən ölüb. Daha sonra evə od vuraraq 6 yaşlı qızını götürüb gedib.
Faktla bağlı Bərdə rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
* * *09:52
Bərdə rayonunda dəhşətli qətl hadisəsi baş verib.
Rayonun Kətəlparaq kəndində yerli sakin qayınatasıgilə gedərək, orada balta ilə 27 yaşlı həyat yoldaşı Nəvat Qurbanovanı qətlə yetirib.
O, daha sonra qayınanası Rahilə Qarayevaya da balta ilə ağır xəsarət yetirib. Bununla da kifayətlənməyən şəxs evə od vuraraq, 6 yaşlı övladını da götürərək, oradan uzaqlaşıb. Yaralı qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Reanimasiya şöbəsində olan qadının vəziyyəti ağırdır.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?