Avqustun 16-sı gecə radələrində DİN Mühafizə Baş İdarəsinin Şabran bölməsinin əməkdaşı, polis serjantı Vahab Əlibəy oğlu içkili vəziyyətdə yol qəzası törədib.
Mətbuatda yayılan məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, biri yaralanıb. Ölən şəxs rayonun Sincanboyad kənd sakinidir.
Məlumatda deyilir ki, polis əməkdaşı artıq həbs edilərək istintaqa təhvil verilib. Onun Şabran Rayon İcra Hakimiyyətində mühafizə polisi işlədiyi qeyd edilir.
Onun artıq işindən azad edildiyi qeyd olunur…
Polis serjantının atası uzun müddət polis rəisi vəzifəsində çalışıb, hazırda isə Nəqliyyatda Polis Baş İdarəsinin Xudat dəmiryol stansiyasının polis rəisidir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?