GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » 45 dərəcə istidə yanan fəhlələr: “Bizi adam yerinə qoyan yoxdur” - FOTOLAR

45 dərəcə istidə yanan fəhlələr: “Bizi adam yerinə qoyan yoxdur” - FOTOLAR

Tarix: 20-08-2014, 15:35 Bölmə :Ölkə Baxış: 0
Adil Qeybulla: “Gün və isti vurma zamanı şəxsin alnına və yaxud da bədəninə yaş dəsmal qoyulmalıdır”

Sinoptiklər artıq neçə gündür ki, avqustun 20-də Bakının ən isti gününün olacağını deyir və əhalini məcbur qalmadıqca açıq havada olmamağa çağırır. Ancaq təəssüf hissi ilə qeyd etməliyik ki, qızmar günəşin altında, 40-45 dərəcə istidə işləməyə məcbur olanlar da az deyil. Bunlar əsasən fəhlələrdir.

Əmək Məcəlləsinə görə temperatur 41 dərəcəyə çatdıqda, iş prosesi avtomatik dayandırılmalıdır və açıq hava şəraitində işləyənlər sərin düşənədək işləməməlidir. Ancaq müşahidələrimiz zamanı məlum oldu ki, günün altında qovrulan fəhlələrin bu hüquqları tapdalanır. Açıq havada temperatur 43 dərəcəni göstərir. Fəhlələr isə dayanmadan çalışırlar.

Onların vəziyyəti ilə daha yaxından tanış olmaq üçün tikinti gedən bir neçə məkana baş çəkdik. İlk baş çəkdiyimiz məkan “Koroğlu” metrostansiyasından bir qədər aralıda yerləşən tikinti oldu. Tikintidə çalışan fəhlələr istidən halsız vəziyyətə düşmüşdülər və hər birinin də əlində bir şüşə su vardı. Onlar qan-tər içində sudan içir və qızmar günəşin şüaları altında qum daşıyır, qaynaq işi görür, daşları kənara atırdılar. Fəhlələrdən bir neçəsi isə kölgəyə çəkilib, bir qədər dincəlirdi.

Biz də istidən əldən düşmüş və kölgəyə çəkilmiş fəhlələrdən birinə yaxınlaşdıq. Əvvəlcə danışmaq istəməyib, “çıxın gedin, məni işimdən edəcəksiniz” desə də, sonradan danışmaq qərarına gəldi. Adının Sabir olduğunu deyən fəhlə qaynaqçı olduğunu bildirdi: “İşləməyib, nə edəcəyik ki..? Çörək istəyiriksə, işləməliyik. Hər kəs istəyir ki, işi tez qurtarsın. Heç kim biz kasıb təbəqənin bu istidə vəziyyətini nəzərə almır. Əsas odur ki, biz bu varlıların işini vaxtında görək”.

Söhbətə qatılsada, ancaq adını demək istəməyən digər fəhlə isə “biz fəhlələri adam yerinə qoyan yoxdur” söyləyir: “Göydən od yağır. İşləmək artıq mümkünsüz hala çevrilib. Bir saatdır ki, başımdan ağrı tutub. Amma yenə də dayana bilmərəm. Heç olmasa, bu cür isti havada işi dayandırsalar, yaxşı olar. Ehtiyac üzündən, bir tikə çörək qazanmaq üçün günün altında işləməyə məcburuq. Tikinti sahibləri bizə “işi dayandırın” deməsə, dayandıra bilmərik. Əgər bir gün işləməsək, çətin vəziyyətə düşərik. Nə edək, yenə də ailəmiz, uşaqlarımız üçün edirik. Ac qalmasınlar. Nə olar ki, fəhləyik? Fəhləni niyə adam yerinə qoyan yoxdur?”

“Yaşıl bazar”ın kənarındakı tikilidə çalışan fəhlələr də eyni vəziyyətdə idi. Qaldırıcı kranda işləyən fəhlə deyir ki, maşının içində olduğu üçün onun işi bir az asandır: “Mən maşında otururam. İşim hansısa tikinti materiallarını qaldırıb, qoymaqdır. Düzdür, maşında istidir. Ancaq ən azından günəşin altında deyiləm. Ancaq digər fəhlələrin vəziyyəti çətindir. Onlar günün altındadır”.

Günün altında çalışan fəhlələrdən onların 40 dərəcədən yüksək temperaturda işləməmək hüquqlarının olduğunu bilib-bildiklərini soruşduq.

Adının çəkilməsini istəməyən fəhlə “kimdir, bizim hüquqlarımıza baxan?” deyərək, narazı bir şəkildə cavab verdi: “Bizim hüquqlarımız heç kimin vecinə deyil. Neçə gündür ki, istidir. Bir dəfə deyən olmayıb ki, heç olmasa, 1-2 saat istirahət edin. Biz demirik ki, bütöv günü işləməyək. Ən azından günorta saat 12-dən 5-ə qədər işləməyək. Sonra istəyirlər səhərə qədər işləyək”.

Göründüyü kimi, elə insanlar var ki, onlar ailələrinin çörək pulunu qazanmaq üçün hər cür ağır işlərdə çalışmaq məcburiyyətində qalırlar. Amma hər bir işəgötürənin qanun qarşısında öhdəçiliyi var və buna əməl etmək məcburiyyətindədir.

Ən azından insanlıq baxımından da işçinin halına yanmaq, isti havalarda onun bir neçə saatlıq da olsa, dincəlməsinə şərait yaratmaq olar. Amma təəssüf ki, hər kəs belə düşünmür. Hər halda, bu gün qızmar günəş altında çalışdığını gördüyümüz işçilər bizə bu qənaətə gəlməyə əsas verir.

Maraqlıdır, isti havada çalışmaq sağlamlığımız üçün hansı problemləri yaradır?

Tibb elmləri doktoru, professor Adil Qeybulla bu cür istilərin insanların, xüsusən də açıq hava şəraitində işləyənlərin səhhətinə pis təsir etdiyini dedi: “Əmək Məcəlləsinə görə, müəyyən iqlim şəraitində, sağlamlığa neqativ situasiyalarda işçilərə istirahət verilməlidir. Bu təbiətin yaratdığı təbii bir fəlakət kimi nəzərə alınmalıdır və sağlamlıq baxımından, onlara istirahət verilməli və yaxud da onların sərin bir yerdə oturması təmin edilməlidir. Elə ölkələr var ki, orada istiyə hazırlıq var. Amma elə ölkələr də var ki, onlarda istiyə, soyuqlaşmaya qəti hazırlıq görülmür. Bu cür hallar uzunmüddətli olmadığı üçün işçiyə istirahət verməklə, onların səhhətini normal qorumaq lazımdır. Gün və istivurma zamanı ilk növbədə həmin şəxs sərin bir yerə keçirilməli, yəni zərərverici amilin sonrakı təsiri aradan qaldırılmalıdır. Daha sonra həmin şəxsin alnına və yaxud da bədəninə yaş dəsmal qoyulmalıdır. Bununla da bədən temperaturu aşağı salınmalıdır. Həmçinin bu şəxsə çoxlu maye vermək lazımdır. Daha sonra isə mütləq həkim çağırılmalıdır”.

45 dərəcə istidə yanan fəhlələr: “Bizi adam yerinə qoyan yoxdur” - FOTOLAR
45 dərəcə istidə yanan fəhlələr: “Bizi adam yerinə qoyan yoxdur” - FOTOLAR
45 dərəcə istidə yanan fəhlələr: “Bizi adam yerinə qoyan yoxdur” - FOTOLAR
45 dərəcə istidə yanan fəhlələr: “Bizi adam yerinə qoyan yoxdur” - FOTOLAR
45 dərəcə istidə yanan fəhlələr: “Bizi adam yerinə qoyan yoxdur” - FOTOLAR
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • 43 dərəcə isti olacaq

    43 dərəcə isti olacaq ...

    8-08-2017, 18:40

  • 
  • Azərbaycanda 42 dərəcə isti olacaq

    Azərbaycanda 42 dərəcə isti olacaq ...

    20-08-2019, 14:57

  • 
  • İstilərin ayın 15-nə qədər 43 dərəcə olacağı bildirilir

    İstilərin ayın 15-nə qədər 43 dərəcə olacağı ...

    11-08-2016, 21:11

  • 
  • Temperatur 15 dərəcəyə çatacaq

    Temperatur 15 dərəcəyə çatacaq ...

    21-01-2014, 12:38

  • 
  • Temperatur 19 dərəcəyə yüksələcək

    Temperatur 19 dərəcəyə yüksələcək ...

    4-02-2016, 14:45


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (374)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu