“Bəzi polis formalı şəxslər davranışları ilə mal oğrusunu xatırladır” “Onlar vətəndaşların əsəbləri və büdcələri ilə oynayırlar”
Moderator.az xəbər verir ki, Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb. Müraciətdə bəzi yol polisi əməkdaşlarının öz vəzifə səlahyyətlərindən sui-istifadə etdiyinə diqqət çəkən E.Quliyev, R.Usubovu məlum problemin həlli istiqamətində konkret addımlar atmağa səsləyib: “Hörmətli daxili işlər naziri Ramil Usubovun nəzər-diqqətinə! Yəqin ki, son zamanlar Yol polisinin qanunazidd hərəkətlərinin əndazələri aşdığından xəbərdarsınız. Sürücüləri bir çox hallarda qanunu pozduqları üçün yox, kefi istədiyi üçün saxlayan və onların həm əsəbləri, həm də büdcələri ilə oynayan bəzi Dövlət Yol Polisi müfəttişləri, son nəticədə, dövlətin dayaq sütünlarından biri sayılan hüquq-mühafizə orqanlarına inamsızlıq yaradırlar. Bütün texniki avadanlıqla, genş səlahiyyətlərlə, müasir polis geyimi, sürətli avtomobillərlə və s. təhciz-təmin edilmiş yol polis əməkdaşlarının bir çoxu ən əsas keyfiyyətdən – mədəniyyətdən və etik davranış qaydalarından məhrumdular. Vəzifəsindən, müvafiq olaraq xüsusi geyimlərindən sui-istifadə edərək Bağdaddaki kor xəlifəni yamsılayan belə polislər, ilk növbədə, polis adına, qanuna və Dövlətçiliyimizə ləkə vururlar. Belə getsə, az sonra məşhur deyim : “MƏNİ MƏNİM POLİSİMDƏN QORUYUN!” kimi parafraz ediləcək. Yəqin ki, çoxlarına tanış mənzərədir: daha çox mal oğrusunu xatırladan polis formalı, elementar mədəniyyətdən kənar robot-kobud gədələr hamının gözü önündə sürücülərə şər ataraq onları cəzalandırır, hövsələdən çıxarır, kobudluğa təhrik edir və s. və i.a. Və bu aşkar qanunsuzluqların ətrafda olanlarda, yəni onların bu canfəşanlığını müşahidə edənlərdə heyrət, acı təəssüf və nifrət hissi doğurduğunu heç veclərinə də almırlar... Bu gün səhər saatlarında belə bir mənzərəni özüm müşahidə etdim. Dilarə Əliyeva küçəsinin A.Puşkin küçəsi ilə kəsişdiyi yerdə dayanmış (daha doğrusu , ova çıxmış tülkü kimi şöngüyüb gizlənmiş) DYP-i onlarla insanıın gözü qarşısında heç bir qayda pozundusuna yol verməmiş sürücüləri saxlayıb ,necə deyərlər, onları çığırda-çığırda protokolla yükləyirdi. Utanc gətirən bu işdə ən çox canfəşanlıq göstərən polis əməkdaşı isə İSMAYILOV TURAL MİKAYIL oğlu ad-soyadlı birisiydi.
P.S. Ayıbdı cənablar, ayıbdı! Bu gedişlə biz nəinki Avropaya inteqrasiya edə bilərik, valahi heç Biləcəridən o tərəfə, yəni Respublika QAİ-sinə qədər də gedib çıxa bilmərik!..
Sorğu
Yeni dizaynımız necədir?