Sumqayıt sakinləri səhəri kəsilmiş ağac mənzərəsi ilə açıb. Belə ki, şəhərin 18 saylı orta məktəbin qarşısında yerləşən çoxillik yaşıl ağaclar kəsilib. "gundemxeber.az"-ın məlumatına görə, bu barədə azvision.az-a məktəbə yaxın ərazidə yaşayan sakinlərdən xəbər daxil olub.
Kəsik izlərindən ağacın güclü külək nəticəsində deyil, xüsusi avadanlıqlarla kəsildiyi görünür. Hazırda 18 saylı orta məktəbdə əsaslı təmir işləri gedir. Lakin sakinlərin bildirdiyinə görə, bu ağac təmir işlərinə mane olmayıb.
Sumqayıt şəhərində yerləşən 18 saylı orta məktəbə Milli Məclisin deputatı Leyla Abdullayeva rəhbərlik edir.
Qeyd edək ki, bir neçə gün öncə Nəsimi rayonu ərazisində ağac kəsilmişdi. Bu hadisəyə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın reaksiya verdikdən sonra, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həmin şəxslər cəzalandırıldı.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?