Köçkünlərə ev tikintisi və kənd təsərrüfatı işləri üçün kredit verilib
Azərbaycanın Ermənistan tərəfindən işğal olunan Zəngilan rayonuna Suriyadan gəlmiş 200-ə yaxın erməni yerləşdirilib. Köçkünlərə ev tikintisi və kənd təsərrüfatı işləri üçün kredit verilib. Onların çoxu ermənicə bilmir və ərəbcə danışırlar. Erməni dilini bilməyən məktəblilər üçün yerli məktəbdə dərnək yaradılıb. Xatırladaq ki, Azərbaycan işğal olunmuş ərazilərdəki məskunlaşdırma siyasətinə kəskin etiraz edir və bu məsələni dəfələrlə beynəlxalq təşkilatlarda və toplantılarda qaldırıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?