Hərbi əməliyyatlar başladığı vaxtdan Ermənistana 6 minə yaxın erməni gəlib
Öz vətənindən qaçaraq zorakılıqdan xilas olan suriyalı ermənilərin sayı getdikcə artır. Onlar Ermənistana, aradan Qarabağa və işğal olunmuş ərazilərə keçirlər. 2012-ci ilin əvvəlindən Ermənistan Suriyadan qaçan erməniləri qəbul etməyə başlayıb. Son aylar 29 qaçqın ailəsi (ümumilikdə 90 nəfərə yaxın) 1992-ci ilin mayında ermənilər tərəfindən işğal edilmiş Laçın rayonunda sığınacaq tapıblar. «Bura gəlmək istəyən digər suriyalı ermənilər də var, lakin onlar hələlik Yerevanda yaşayırlar, orada iş tapmağa çalışırlar. Onların çoxu bu rayona necə gəlməklə bağlı bizə müraciət ediblər», - rayon administrasiyasının köçkünlərlə iş şöbəsinin müdiri Robert Matevosyan bildirib. Onun sözlərinə görə, bu yaxınlarda gələn ailələrin demək olar ki, yarısı yaşayış yeri və torpaq sahəsi alıb. Qalanları bunları almaq ərəfəsindədir. Qarabağda məskunlaşmaya gəlincə, Ermənistan hakimiyyəti prosesi xüsusi təqdim etməyə çalışmır. Mərkəzi hökumətin məlumatına görə, Suriyada hərbi əməliyyatlar başladığı vaxtdan Ermənistana 6 minə yaxın erməni gəlib. Suriyada 100 minə yaxın etnik erməni yaşayır. “Turan”
Sorğu
Yeni dizaynımız necədir?