Ağstafa mədəniyyət və turizm şöbəsi prezidentin sərəncamın icra etmir
Ölkə başçısı İlham Əliyev ötən ilin sonunda onsuz da az əməkhaqqı ilə kifayətlənən təhsil, mədəniyyət və səhiyyə sistemində çalişanların ilin son gününə qədər məvaciblərinin verilməsinə dair göstəriş versə də, bu göstəriş Ağstafa mədəniyyət və turizm şöbəsi işçilərinin ürəyincə olmamışdır. Belə ki, bizə şikayətçi olan, xüsusilə də rayonda “Heydər Əliyev mərkəzində” işləyən bir neçə nəfərim söylədiklərinə görə, əməkhaqqıları ötən ilin noyabr ayında 10 manat, dekabr ayında isə 50 manat kəsilmişdir. Bu cəmi 100 nəfərə şamil edilmişdir. Bayram və istirahətlərini bir qarini ac, bir qarını tox keçirən mədəniyyət işçilərinin dağlara, daşlara söylədikləri dərdinə cavabı, Ağstafa rayonu üzrə maliyyə idarəsinin rəisi Vaqif Əkbərov və rayon mədəniyyət və turizm şöbəsinin müdiri Güngün Kərimovdan ala bildik. Hər iki rəhbər mədəniyyət işçilərinin əməkhaqqılarının yuxarıdan kəsirlə gəldiyindən bu cür addım atmalarını söylədilər. Onu da qeyd etdilər ki, bu ilin yanvar ayı üçün aldıqları əməkhaqqılarında kəsdikləri məbləği ödəyəcəklər. Nə deyək, İnşallah! Təki söylədiklərinə əməl etsinlır. Atalar yaxşı deyib: “Görünən dağın dibi yaxın olar”... İlham Hacalı
Sorğu
Yeni dizaynımız necədir?