İki aydın işçilərir əmək haqları verilmir, Əlikram Əliyev yeni «mühasibat qaydaları» tətbiq etməyə başlayıb Mədəniyyət və Turizm Nazirliyinin Bakı Mədəniyyət və Turizm İdarəsində maaş böhranı yaşanır. Bu barədə idarənin bir qrup əməkdaşı məlumat verib.
Həmin məlumatda deyilir ki, idarənin işçiləri artıq 2 aydın əmək haqlarını ala bilmirlər. Bakı Mədəniyyət və Turizm İdarəsinin rəhbəri Əlikram Əliyevə bununla bağlı edilən müraciətlərə cavab olaraq bildirilib ki, yeni «mühasibat qaydaları»na keçilməsi səbəbindən işçilərə verilən 150-170 manat aylıq maaşın verilməsində «problem» yaranıb.
İşçilər vurğulayırlar ki, yeni «qaydalar»ın tətbiq olunması bəhanədir. Məqsəd işçilərin əmək haqlarının mənimsənilməsidir. Onların sözünə görə, belə vəziyyətlər dəfələrlə yaşanıb və hər dəfəsində baş verən olayın üstü ört-basdır edilib. Müraciət edən işçilər qeyd edirlər ki, Əlikram Əliyev söhbətin mətbuata çıxarılmaması üçün işçilərə təzyiqlər etməkdən də çəkinmir. Belə ki, o, idarənin bütün işçilərinə tapşırıb ki, məsələ mətbuata çıxarılmasın. Əks təqdirdə, onları işdən azad edəcək.
Bununla bağlı o da məlum olub ki, yeni «qaydalar»ın tətbiq edilməsindən sonra əmək haqlarının səhv hesablanması halları da geniş yayılıb. «Əlikram Əliyevin pul problemi yoxdur. Amma bizim 150-170 manata ehtiyacımız çoxdur. Bu şəxsin təkcə Vahid Poeziya Evindən qazandığı kifayət edir. Orada 70-ə yaxın şatat var və hamısı Əlikram Əliyevin qohumları və dostlarıdır».
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?