"Avro-2016"nın seçmə mərhələsinin ilk oyunu çərçivəsində Bakıda millimizin qonağı olacaq Bolqarıstan yığmasının kapitanı İvelin Popov qarşıdakı oyun haqda danışıb.
Qol.Az-ın məlumatına görə, 26 yaşlı futbolçu ölkəsinin mətbuatına açıqlamasında Bakıya istirahət üçün gəlməyəcəklərini bildirib:
"Dünya səviyyəli komanda deyilik. FİFA-nın reytinqinə baxdıqda bizim 72-ci pillədə, Azərbaycan millisinin isə 73-cü yerdə qərarlaşdığını görürük. Bakıya istirahət üçün getməyəcəyik. Komanda yoldaşlarımdan kiminsə arxayınlaşacağına və ya rəqibi qiymətləndirməyəcəyinə inanmıram. Azərbaycan futboluna böyük investisiya qoyulur. Ötən seçmə mərhələdə İtaliya ilə oyunda hansı motivasiya ilə çıxış etmişiksə, Azərbaycana qarşı da həmin əhval-ruhiyyədə oynayacağıq".
Qeyd edək ki, sentyabrın 9-da 8-ci km qəsəbə stadionunda keçiriləcək Azərbaycan - Bolqarıstan oyunu saat 21:00-da başlayacaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?