FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının son rəqibi müəyyənləşib.
Qol.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmamız 7-ci yer uğrunda oyunda Belarusun U-19 komandası ilə üz-üzə gələcək.
Yanvarın 12-də Peterburqski İdman-Konsert Kompleksində keçiriləcək oyun Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
Sorğu
Yeni dizaynımız necədir?