Ağdamın icra başçısı yeni komanda qurmaq əvəzinə, köhnələrlə “anlaşma” əldə edib
Ağdamın yeni icra başçısı Raqub Məmmədov bir xeyli düşünüb-daşındıqdan sonra köhnə komanda ilə işləmək qərarı verib. gundemxeber.az jam.az-a istinadən bildirir ki, icra başçısı əvvəlcə rayondakı vəzifə adamlarını çıxarıb, onların yerinə yenilərini gətirmək fikrində olub. Lakin sonradan köhnə komanda ilə əldə etdiyi “anlaşma” sayəsində planını təxirə salıb. Rayondan verilən məlumata görə, Raqub Məmmədov anlaşmanı qarşılıqlı olaraq əldə edib. İddia edilir ki, icra başçısı köhnə komandanın işdə qalması üçün onlardan “ümumi kassa”ya pul qoymalarını istəyib. Halbuki Ağdamda kimsə belə bir yanaşmanın olacğını gözləmirmiş. Amma Məmmədov hələlik bəzi qərarlar versə də, yerdəyişmələr də edəcək. Və bunu da ona görə edəcək ki, yuxarılar baş verənlərdən şübhələnməsin. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?