GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İcra başçısı Cavid Qurbanovun qohumlarının qarşısından geri çəkildi

İcra başçısı Cavid Qurbanovun qohumlarının qarşısından geri çəkildi

Tarix: 8-02-2015, 00:11 Bölmə :Ölkə Baxış: 0
İcra başçısı Cavid Qurbanovun qohumlarının qarşısından geri çəkildi

Raqub Məmmədov sələfinin isə cəzalandırıb, keçmiş təhlükəsizlik zabiti rayonda «yeni sistem” tətbiq edib
Ağdamın yeni icra başçısı, keçmiş təhlükəsizlik əməkdaşı Raqub Məmmədov rayonda yeni «sistem» tətbiq etməyə başlayıb.

Bu barədə “Gündəm Xəbər”ə rayonun nüfuzlu sakinlərindən biri məlumat verib. Məlumatda bildirilir ki, təyinatının ilk həftələrində sabiq icra başçısının təyin etdiyi məmurlara «Mən bu rayona rüşvət və korrupsiyanın kökünü kəsməyə gəlmişəm» deyən yeni icra başçısı, əsl sonrakı aylarda niyyətini atdığı addımlarla göstərməyə başladı: «O, bir çox icra başçılarından fərqli olaraq, gələn kimi kadr dəyişikliyi təhdidi ilə məmurları qorxuya salmadı. Tam əksinə, elə vəziyyət yaratdı ki, məmurlar qısa müddət ərzində keçirdikləri psixoloji narahatlıqları arxada buraxdılar. Keçmiş «KQB-nik» Raqub Məmmədov bununla məmurları sakitləşdirib, əsl planını işə saldı. O, bir neçə ay sonra Ağdamda illərdir ki, vəzifə tutan, adları mətbuatın gündəmində hər zaman korrupsioner kimi hallanan məmurlara «hesab» qoydu. Beləliklə, yeni icra başçısı rayonda abadlıq işləri aparmaq adı ilə məkrli planını işə saldı. Və bütün idarə və müəssisə rəhbərləri, mənimsədikləri vəsaitə uyğun, başçının «tələblər»inə boyun əyməyə başladılar».

Məndə bildirir ki, yeni planından ruhlanan icra başçısı, ən böyük zərbəni sələfi Nizami Sadıqova vurub: «O, bir neçə ay ərzində keçmiş başçının rayonda gördüyü işləri araşdırıb, 40 milyona yaxın vəsait mənimsədiyi iddiası ilə çıxış etdi. Və araşdırmanın yekunu olaraq, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edəcəyi təhdidi ilə, Nizami Sadıqovu özü ilə hesablaşdırdı. Rayonda gəzən və bəzi xəbər portallarında yazılanlara inansaq, Raqub Məmmədov təkcə sələfi Nizami Sadıqovdan bu yolla bir milyon manat pul alıb. Ən maraqlı detal isə, icra başçısı imicinin zədələnməməsi üçün, bu pulu keçmiş başçının rayonda yarımçıq qalmış işlərini bitirmək adıyla aldığını elan etməsi sayıla bilər».

Müsahibimiz deyir ki, yeni icra başçısının rayonda «yerindən tərpətmək» istədiyi yeganə vəzifəli şəxs isə, təhsil şöbəsinin müdirəsi Elmira Şükürova olub: «Bu xanım Ağdama gələn bütün icra başçıları ilə «dil» taparaq, həm vəzifəsini, həm də rayondakı mövqeyini sonadək qoruyub. Buna paralel olaraq, qanunsuz əməllərini də xeyli genişləndirib. Hətta onun bir ara icra başçısı olmaq sevdasına da düşdüyü sirr deyil. Lakin keçmiş başçı Həsən Sarıyevin postuna Nizami Sadıqovun təyin edilməsindən sonra, Elmira Şükürova bu iddiadan geri çəkildi. Raqub Məmmədov isə təyinatının ilk aylarında Elmira Şükürovaya yüksək hörmətlə yanaşsa da, az sonra vəziyyəti dəyişdi. O, Elmira Şükürovanı əvəzləməyə cəhd etdi. Lakin deputat Cavid Qurbanovun qohumu olan müdirə ilə savaşdan məğlub ayrıldı. Yəni o, Elmira Şükürovanı «devirmək» niyyətindən geri çəkildi. Lakin digər məmurlar kimi, təhsil şöbəsi rəhbərinə qarşı vəzifədə qalması üçün birdəfəlik «yardım» və aylıq «hesab» planı qüvvəyə mindi».

Onu da qeyd edək ki, bəzi saytlarda Raqub Məmmədovun Ağdamın baş həkimindən də abadlıq işlərinin aparılması üçün, 70 min manat tələb etməsi barədə də informasiyalar yayılıb. Bu isə yuxarıda deyilənlərə işıq salmaqla bərabər, yeni icra başçısının, əslində, sələflərindən fərqlənmədiyini göstərir.
Qarşı tərəfi də dinləməyə hazırıq.

Cəfər MƏRDANOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Raqub Məmmədov vəzifə satmağa başladı-İDDİA

    Raqub Məmmədov vəzifə satmağa başladı-İDDİA ...

    11-09-2014, 11:49

  • 
  • İcra başçısı bu qədər vəsaiti necə əldə edib?

    İcra başçısı bu qədər vəsaiti necə əldə edib? ...

    12-06-2015, 14:41

  • 
  • AĞDAMDA SÜNİ BAHALAŞMAYA QARŞI GÜLÜNC “MÜBARİZƏ” METODU

    AĞDAMDA SÜNİ BAHALAŞMAYA QARŞI GÜLÜNC “MÜBARİZƏ” ...

    9-02-2016, 16:11

  • 
  • Ağdam Rayon İcra Hakimiyyətinin başçısı işdən çıxarıldı

    Ağdam Rayon İcra Hakimiyyətinin başçısı işdən ...

    6-06-2018, 15:59

  • 
  • Ağdamın icra başçısı «cəbhə fondu»nu necə tarimar edir?

    Ağdamın icra başçısı «cəbhə fondu»nu necə tarimar ...

    24-08-2015, 20:17


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu