ABŞ-ın və dünyanın ən nüfuzlu nəşrlərindən biri olan «The New York Times» qəzeti «XXI əsrin ən cəsur və qorxmaz oğlanı»nı seçib. Həmin oğlan İraqda yaşayan Mustafa Səddam Hüseyndir.
İraqın mərhum prezidenti Səddam Hüseynin 14 yaşlı nəvəsi Şeyx Nəffaf Zeydanın malikanəsinə amerikalı kommandosların hücumu zamanı onlara qarşı vuruşub.
Həmin anda Mustafa Səddam evdə sağ qalmış yeganə şəxs idi. Səddamın yanında atası Kusay, əmisi Uday və onların mühafizəçisi Əbdel Səmədin cəsədləri vardı.
Əməliyyatda iştirak etmiş amerikalı hərbçilərin dediklərinə görə, onlar evə girəndə Mustafa Hüseyn «qonaq»ları atəşlə qarşılayıb.
400 amerikalı kommandos evi mühasirəyə almışdı. Mustafanın atası və əmisi gözünün qarşısında öldürüləndən sonra yeniyetmə 40 dəqiqə atışıb və snayper tüfəngindən 14 amerikalı dəniz piyadasını öldürüb.
Bundan sonra Səddam Hüseynin nəvəsi ilə amerikalı kommandosların döyüşü 6 saat davam edib.
Amerikalılar sonda 14 yaşlı yeniyetməni qətlə yetirəndə saatlar ərzində bir oğlanla atışdıqlarına inana bilməyiblər.
«New York Times»ın reportyoru Robert Eysk yazır: «Əgər bizdə belə bir oğlan olsaydı, ona hər şəhərdə heykəl ucaldardıq. Onun cəsarətindən hər yerdə danışardıq və o, böyüyən nəslə örnək olardı».
Səddam Hüseynin nəvəsi barədə Avropa və Asiya mediası da çoxsaylı yazılar, şərhlər dərc edib. «AsiaTimes» isə «Səddam Hüseynin nəvəsi dünyanı şoka saldı» yazıb (milli.az).
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?