Sumqayıtda iki şəhid övladının çörək mənbəyi olan köşk uçurulub
Sumqayıt şəhəri, 9-cu mikrorayon, mənzil 60 ünvanında yaşayan Yenigül Hüseynova “Gündəm Xəbər” qəzetinə şikayət məktubu ünvanlayaraq problemini işıqlandırılmasını istəyir. O, yazır ki, həyat yoldaşı Şirin Şirinov ölkənin ərazi bütövlüyü uğrunda gedən döyüşlərin birində həlak olub. Ölkə başçısı İlham Əliyevə müraciət edən iki övlad anası ötən ilin mayın 3-də buldozerlə uçurulan köşkünün bərpasını istəyir: “Mayın 3-də Sumqayıt şəhəri 36-cı məhəllədə yerləşən və ailəmizin yeganə dolanışıq yeri olan köşk Sumqayıt şəhər İcra hakimiyyəti nümayəndəliyi və memarlığı uçurdu. Həmin yeri başqa adam satıblar. Mən şəhid ailəsi olaraq aidiyyəti bütün dövlət qurumlarına müraciət etdim. Ancaq indiyə qədər müraciətim müsbət cavabını tapmayıb. Hüquqi və qanuni sahibi olduğum, rəsmi sənədlər təsdiq edilmiş köşküm mənə verilmir”. Şikayətçi ölkə başçısından xahiş edir ki, onun problemi həllini tapsın. “Xəbər xidməti”
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?