Moskva polisi əməkdaşlarının şəhərin qərbində keçirdiyi əməliyyat nəticəsində “sxodka”da iştirak edən Qafqazdan olan qanuni oğrular saxlanılıb. Axar.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, paytaxtın Qərb dairəsindəki bilyard klublarının birində keçirlən əməliyyat nəticəsində “İslam Bolşoy” ləqəbli 39 yaşlı Çeçenistan sakini və kriminal aləmdə “Puzır” ləqəbi ilə tanınan 51 yaşlı nalçikli cinayətkar saxlanılıb. Saxlanılanlar arasında “Teko” ləqəbli 41 yaşlı Gürcüstan vətəndaşı da olub.
Hazırda hüquq mühafizə orqanı əməkdaşları kriminal aləmin nümayəndələrinin müxtəlif cinayətlərdə iştiraklarını müəyyənləşdirirlər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?