Arxangelski vilayətində daha bir “sxodka”ya polis basqını olub. AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə ötən bazar günü “Qış bağı” restornında baş verib. Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları kriminal aləmin tanınmış nümayəndələrinin iştirak etdiyi “sxodka”nı yarımçıq kəsib.
“Sxodka”da iştirak edən 21 nəfər isə saxlanılıb. Onlardan 4 nəfərinin Rusiyada qeyri-qanuni yaşadığı bəlli olub ki, bu siyahıda “qanuni oğru” Əhməd Yevloyevin də adı var. Əhməd İnquş kimi də tanınan “qanuni oğru” son zamanlar obşaklarla bağlı fırıldaqçılıq edən Gevorq Neftekamskini döyməklə gündəmə gəlib.
Sorğu
Yeni dizaynımız necədir?