GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Toy üçün qurulan mağarda verilən ehsan...

Toy üçün qurulan mağarda verilən ehsan...

Tarix: 22-09-2014, 12:38 Bölmə :Ölkə Baxış: 535
gundemxeber.az yazar Əbil Həsənovun növbəti yazısını oxucularına təqdim edir:
Toy üçün qurulan mağarda verilən ehsan...

"Rayon mərkəzinə girəndə avtomatlardan havaya atəş açdıq. Bu, rayona şəhid gətirilməsi mənasına gəlirdi. Azadgilin evlərinin yerini öyrənmək üçün maşını birbaşa rayon hərbi kommissarlığına sürdük. Bizi kommissarlığın işçiləri qarşıladılar. Onlardan Azadgilin evinin yerini soruşduq, məsələni izah etdik. İşçilərdən biri mənə özünü itirmiş halda: -Siz nə danışırsınız? Bu gün onun bacısının toyudur. İndi bu xəbəri onlara necə verəcəyik?:-dedi. Nə edəcəyimizi bilmirdik, çarəsiz qalmışdıq. Tərslikdən həmin vaxt rayon hərbi kommissarı kəndlərin birində şəhidin dəfn mərasimində idi və onu gözləyib məsləhətləşmək üçün kifayət qədər vaxtımız da yox idi. Bir qərara gəlməliydik. Dincimizi almaq üçün bizi yaxınlıqdakı çayxanaya aparıb bir stəkan çay verdilər. Elə bu an kommissarlığın həyətində ağlaşma səsi eşidildi. Bir neçə qadın ağlayırdı. Mən dözə bilməyib bayıra çıxdım. Ürəyim sıxılırdı. Nə qədər ağlaşma səsi eşitmək olardı, axı! Ağlayan qadınlardan biri mənə yaxınlaşaraq dedi: -Ay bala,sənə qurban olum, doğrudanmı Azad şəhid olub, siz onu gətirmisiniz? Mən nə deyəcəyimi bilmirdim. Axı, bu xəbəri ona necə deyəydim?. -Siz kimsiniz, ay ana? Onu sizə kim dedi? -Mən Azadın anasıyam. -Yox, ay ana. Bizim burada işimiz var idi. Azadın bacısının toyu olduğunu eşidib toyda iştirak edib, onun adından bacımızı təbrik etmək istədik:- deyib üzümü gizlətməyə çalışdım. Arvad deyəsən mənim yalanıma inandı. Ağlamağını kəsib gözlərinin yaşını silə-silə : -"Bəs niyə durmusunuz gəlin gedək.Toyun başlamasına az qalıb."-dedi. – “Siz gedin. Biz bir azdan gələrik, hərbi komissarı gözləyirik. İşimiz var” deyib susdum. -Yox elə şey olmaz. Siz bizimlə gedəcəksiniz. Evimiz yaxındadır - deyib israrla dilləndi. Biz istər- istəməz Azadın anasının arxasına düşərək onun ardınca getdik. Hərbi kommissarlıqla onların evlərinin arası təxminən yüz əlli-iki yüz metr olardı. Yol boyu Azadın anası bizə :-"Nə toy eee, qız nişanlıdı.Nişanlısına çağırış vərəqəsi gəlib.Toy eləyib qızı köçürdürük ki, birdən bir hadisə zad olar” deyə dərdlənirdi. Biz gəlib onların evlərinə çatdıq. Həyətlərində balaca mağar qurulmuşdu.(Yazıqlar bilmirdilər ki, toy üçün qurduqları bu mağarda bir azdan ehsan verəcəklər )Bizi mehribanlıqla qarşılayıb oturmağa yer göstərdilər. Qabağımıza yemək gətirdilər. Ac olsaq da yeyə bilmirdik. Belə vəziyyətdə necə boğazımızdan yemək keçə bilərdi ki?! Bir azdan masabəyi məni meydana dəvət edib bəylə gəlinə ürək sözlərimi çatdırmağımı istədi. İlahi, necə də dəhşətli bir mənzərə idi, ayaqlarım yerimir, dilim söz tutmurdu. Mən Azadın meyitini hərbi komissarlıqda qoyub, burada Azadın sağlığına badə qaldırır, bacısına xoşbəxlik arzulayırdım. Masabəyi isə :-"Gün o gün olsun ki, Azadın toyuna gələsiniz:"-deyib bir oyun havası çaldırıb bizi rəqsə dəvət elədi. Ürəyimdə:- "Bu nə zülmdür mənə verirsən, ay Allah: deyib qollarımı qaldırdım. Azadın atası, anası, bacı və qardaşları da bizə qoşularaq rəqs edirdilər. Offf... necə də dəhşətli mənzərə idi. Bu an mənim çəkdiyimi məndən başqa heç kim bilməzdi. Bu vəziyyət bir neçə dəqiqə belə davam etdi. Mən vaxtımızın az olduğunu bildirib onlardan getmək üçün icazə istədim. Onsuz da toyun axırı idi. Onlar çətinliklə də olsa bizi buraxdılar. Hərbi komissarlığa gəlib toyun sona çatmasını gözlədik. Nəhayət, gəlinin bəy evinə yola salındığı və toyun sona yetdiyi xəbərini gətirdilər. Azadın meyiti olan tabutu maşına qoyub, havaya atəş aça-aça bayaq toya getdiyimiz qapıya tərəf istiqamətləndik. Bir saat əvvəl musiqi səsi gələn qapıdan indi ağlaşma ,vay-şivən səsi ərşə dayandı. Azadın anası saçlarını yolaraq üzünü cırırdı.Üzünün cırıqlarından qan süzülürdü. Ağlayaraq mənə : -"A bala, bəs deyirdin Azad ölməyib"-Mən isə günahkarcasına onun üzünə baxırdım, susmuşdum. Əzab çəkirdim.Yazıq anaya nə deyəcəyimi bilmirdim. Bu vaxt bir qadın onun qolundan tutub ağlaya-ağlaya :-Yazıq bala neynəsin.Toyu yarımçıq qoymayacaqdı ki? "-deyib kənara apardı...
Biz Azadı dəfn edib geri qayıtdıq. Sonradan eşitdim ki, Azadın toyu olan bacısının əri də şəhid olub. Qız isə havalanıb...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əsgərimiz şəhid olub

    Əsgərimiz şəhid olub ...

    5-08-2015, 15:00

  • 
  • Eldar Əzizov şəhidin dəfn mərasiminə niyə gəlməyib

    Eldar Əzizov şəhidin dəfn mərasiminə niyə gəlməyib ...

    28-03-2014, 08:54

  • 
  • Şəhid əsgərimiz dəfn edildi - FOTO - VİDEO

    Şəhid əsgərimiz dəfn edildi - FOTO - VİDEO ...

    15-12-2015, 21:50

  • 
  • Şəhidimiz Yevlaxda torpağa tapşırılıb

    Şəhidimiz Yevlaxda torpağa tapşırılıb ...

    4-02-2016, 14:34

  • 
  • 700 bal toplayan evin tək oğlu şəhid oldu - FOTOLAR

    700 bal toplayan evin tək oğlu şəhid oldu - ...

    5-04-2016, 14:09


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu