Xristofor Kloumbun xəritəsində gizli mətn aşkarlanıb
Amerikanın Yel Universitetinin alimləri Xristofor Kolumbun xəritəsini hərtərəfli nəzərdən keçirəndən sonra gizli mətn aşkar ediblər.
Məşhur xəritə 1491-ci ildə alman kartoqraf Henrikus Martellus tərəfindən yaradılıb. Bu xəritə yetərincə böyükdür - 4 x 6.5 metr ölçüsündədir.
Alimlər gizli mətnin kətan səthi boyunca qarmaqarışıq səpələndiyini qeyd ediblər. Onun yalnız ultrabənövşəyi şüalar vasitəsilə aşkara çıxa biləcəyini də deyiblər.
Bunun üçün isə bir neçə ay vaxt lazımdır. (xezerxeber)
Sorğu
Yeni dizaynımız necədir?