2038-ci ildə dünyada hansı dövlətlərinin yox olacağı ilə bağlı yeni siyasi xəritə hazırlanıb. Xəritə “Deviantart.com” saytında yerləşdirilib. Müəlliflər yeni xəritənin təxəyyül məhsulu olduğunu və reallığı əks etdirmədiyini bildiriblər. Hazırlanmış xəritədə Cənubi Qafqazı Rusiyanın işğal etdiyi, Türkiyənin iki yerə parçalandığı, İranın isə tamamən məhv olduğu göstərilib.
Saytın təqdim etdiyi başqa xəritə 2100-cü ili özündə əks etdirib. Burada isə bütün hadisələr qlobal istiləşmə kontekstində göstərilib, bəzi ölkələrin su altında qalacağı qeyd olunub. Yeni xəritədə Azərbaycanın əksər hissəsinin və paytaxtının su altında qaldığı əks edilib. Ölkənin paytaxtı kimi isə Gəncə şəhəri qeyd olunub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?