İraqdan həcc ziyarətinə gedən zəvvarlar ABŞ silahlı qüvvələrinin silahlı hücumuna məruz qalıblar.
Avropa.info-nun məlumatına görə, ABŞ hərbi hava qüvvələrinin atdığı raket zərbələri nəticəsində xeyli sayda ölən və yaralananlar var.
Baş verən hadisə barədə məlumatı ilahiyatçı Elşad Miri özünün facebook səhifəsində paylaşıb. E.Miri məlumatı İslam.ru saytına istinadən yayıb:
"Aviozərbələr nəticəsində bir neçə qadın və uşaq həlak olub. Həlak olan qadınlardan biri hamilə olub. Məlumata görə, bombardman nəticəsində həlak olanlar İraqda dəfn olunub".
Sayt yazır ki, hadisə zəvvarlar namaz qılmaq üçün avtobusdan endiyi vaxt baş verib. Onlar ABŞ-ın hərbi hava qüvvələrinin raket zərbələrinə məruz qalıblar. Aviozərbələr nəticəsində həlak olanların birinin Dağıstan vətəndaşı olduğu deyilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?