Türkiyə Parlamentinin atəşə tutulması nəticəsində 2 nəfər həlak olub, 12 nəfər yaralanıb. Bu barədə Trend CNN Turk kanalına istinadən xəbər verir.
Bundan əvvəl Anadolu agentliyi xəbər verib ki, parlament binasını atəşə tutan təyyarə vurulub.
Şənbə günü axşam Türkiyədə hərbi çevrilişə cəhd edilib. Hərbi çevrilişə cəhd nəticəsində 17 polis əməkdaşı həlak olub. Hərbi çevriliş etməyə cəhd edənlər Atatürk hava limanını tutmağa cəhd edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?