Adolf Hitlerin Amerikanın Nyu-York şəhərində yaşayan qardaşı uşaqları ilginc qərar veriblər.
Onlar əsla dünyaya uşaq gətirməyəcəklərini bəyan etməklə nəsillərinin kəsildiyini deyiblər. Almaniyanın “Bild” qəzeti xəbər verir ki, Long İslandda yaşayan Brayn (42 yaş) və Luis Styuard Hyuston (62 yaş) qardaşları ilə danışıb açıqlama almağa nail olub. Adolf Hitlerin ögey qardaşı (atası Aloisin ikinci nikahından dünyaya gələn oğlu) Alois Cunior daha öncə bu soy ağacını davam etdirirmiş. Amma Brayn və Luis Styuartın “uşaq istəmirik” qərarından sonra nəslin kökü kəsiləcək. Qardaşlar bu qərarı emosiya ilə yox, məntiqlə verdiklərini deyib. Onlar Hitler nəslinin davam etməsini istəmədiklərini bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?