1889-cu ildə aprelin 20-də Avstriyada Linz yaxınlıqlarında doğulan Adolf Hitlerin uşaqlığı və həyatı da orda keçmişdi.
O, burada yaşayan dostu Kuzibek ilə 15 yaşında tanış olur. Kuzibekin öz xatirələr kitabında Adolf haqqında yazmışdı:
“Hitler mənə hər zaman yəhudi bir qızı sevdiyini deyərdi, qızın adı isə Steferine idi və xeyli varlı bir soydandı. Uzun, sarışın və mavli gözlü gözəl bir xanım idi. Bir gün Hitlerlə küçə ilə gedəndə onu gördük və qız ona gülümsədi. Hitler mənə “o da məni sevir!” deyə qışqırdı. Steferine gözəl rəqs edərdi, Hitler isə rəqs edə bilmədiyinə görə rəqsə nifrət edər və bir gün Steferine onun xanımı olarsa, ona heç vaxt rəqs etməyə icazə verməyəcəyni deyərdi. Bu sevgi uzun sürdü, ancaq qarşılıqsız oldu. Hitler bir gün onu qaçırmaq qərarına gəldi, ancaq bunun mümkünsüz olduğunu özü də anladı...
Sonra isə mənə intihar etmək istədiyi haqqında danışdı, çaya atılmağı düşünürdü, amma qızın da onunla birgə atılmayacağından sarsıntı keçirirdi.
Bu düçüncədən sonra o, həmişə mənə öz dərdindən danışırdı, amma bir daha o çayın kənarına da yaxın düşmədi”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?