Nyu Yorkda rəsmi səfərdə olan Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin baş katibi Ban Ki munun ötən gün ölkə rəhbərləri üçün təşkil etdiyi ziyafətə qatılmayıb. ANS PRESS-in xəbərinə görə buna, ziyafətdə Misirdə hərbi xunta yoluyla hakimiyyəti ələ keçirmiş Əbdilfəttah Sisinin olması səbəb olub.
Məlumata görə, əslində ziyafətə gedən Türkiyə prezidenti əs Sisini burda görərək ziyafətdə iştirak etməkdən imtina edərək geri qayıdıb. Ərdoğan kəskin şəkildə “xuntaçılarla” eyni masa ətrafında oturmayacağını bildirib.
Qeyd edək ki, ötən gün BMT-nin mənzil qərarhahında təşkil olunan ziyafətdəki əsas masada Ban Kİ mun, ABŞ prezidenti B. Obama, İspaniya kralı VI Filip, Çili prezidenti Mişel Baçelet, Cənubi Koreyanın prezidenti Park Qın He, Meksika prezidenti Enrike Penya Nieto, CAR prezidenti Ceykob Zuma, İordaniya kralı Abdullah bin Hüseyn və Misir prezidenti Əbdilfəttah əs Sisi oturub. Ərdoğan da məhz həmin masaya dəvət olunduğundan ziyafəti tərk edib.
Bildirilir ki, Ərdoğan üçün müəyyənləşdirilən yerlə əs Sisinin oturduğu yer arasında CAR prezidenti Zuma olub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?